Toy

Источник: report.az

Başlıq: Toy

Ekspert: Bu qərarı "toylara icazə verilmir" kimi anlamaq daha doğru olar

Статья обновлена:  22 Июнь 2021

"Qaydalar hüquq-mühafizə orqanlarına daha çox müdaxilə imkanı yaradacaq"

“Azərbaycan vətəndaşlarının mövud qaydalara görə toy edəcəklərinə inanmıram, çünki bu qaydalar hüquq-mühafizə orqanlarına daha çox müdaxilə üçün imkanlar yaradacaq”.

REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə Nazirlər Kabinetinin Azərbaycanda toyların keçirilməsinə icazə verilməsi ilə bağlı qərarını şərh edərkən belə deyib.

Onun fikrincə, qərarda göstərilən tələblərin realizə olunması, ağlabatan görünmür: “Qərardakı tələblərə baxsaq, bunu “toylara icazə verilmir” kimi anlamaq daha doğru olar. Az sayda adamla toy məclislərinin keçirilməsi, iri şadlıq saraylarının maya dəyərinin yüksəlməsi ilə nəticələnəcək. Bu da o deməkdir ki, adambaşına düşən qiymət xeyli artacaq. Düşünürəm ki, bu da vətəndaşları qane etməyəcək. Əvvəllər dörd yüz-beş yüz nəfərlik zallarda keçirilən toylarda qiymətlər daha sərfəli idi. Məhdudiyyətin olması qiymətləri avtomatik bahalaşdıracaq. Sahibkarların üzərinə qoyulan təhlükəsizlik, sağlamlıq, dezinfeksiya ilə bağlı öhdəliklər də əlavə xərcdir”.

Natiq Cəfərli

Natiq Cəfərli

Источник: Meydan TV

"Söhbət hansısa təmtəraqdan yox, sadə toydan gedir"

Deputat Fazil Mustafanın fikrincə, toyların keçirilməsi ilə bağlı qərar xeyli gecikib: “İqtisadiyyat çöküb. Pandemiya azalıbsa, toyların keçirilməsinə də icazə verilməliydi. İnsanları düşünmək lazımdır. Toyu yarımçıq qalmış minlərlə Azərbaycan vətəndaşı, işsiz adamlar var. Onlar hamısı böyük bir sıxıntı içindədir. Söhbət hansısa təmtəraqdan yox, sadə qaydada toy etməkdən gedir".

"Onu da deyim ki, artıq indidən şadlıq sarayları ilə danışan insanlar qiymət artımının olduğunu deyir. Bu, gözlənilən idi. Uzun müddət fəaliyyətsiz qalan şadlıq sarayları qiyməti qaldıracaq. Qiymət artımı olmayanda da, xidmətin keyfiyyəti aşağı düşə bilər. Hesab edirəm ki, toyların keçirilməyinə icazə verilməsi sahibkarlardan daha çox, toy edə bilməyən vətəndaşların xeyrinədir. Bu həm də demoqrafik vəziyyətə təsir edən əsas amillərdən biridir”, - deyə Fazil Mustafa bildirib.

Fazil Mustafa

Fazil Mustafa

Источник: Meydan TV

"Bu, toy etmək yox, pul yığmaqdır"

Müğənni Əli Mirəliyev toyların az adamla keçirilməsinin tərəfarıdır. O deyir ki, Sovet dönəmində toy məclisləri 100-120 nəfərlik olardı: “İndi toyuq ferması kimi camaatı böyük zallara basırlar. Beş yüz-min nəfərlik zallarda ağız deyəni qulaq eşitmir. Müğənninin nə oxuduğunu da başa düşmək olmur. Bu, toy etmək yox, pul yığmaqdır. Məncə, 120-130 nəfərlik toy etmək lazımdır. Qohum-əqraba bir-birinin üzünü görür, söhbət edir, rahat danışa bilir. Yoxsa, min nəfər adam eyni anda danışanda, üstəlik, musiqiçilərin səsi, məkan Təzabazara dönəcək”.

Əli Mirəliyev

Əli Mirəliyev

Источник: publika.az

"Mənə elə gəlir ki, müğənnilərin əksəriyyəti qiyməti qaldıracaq"

Əməkdar artist Ədalət Şükürov bildirib ki, toyların az sayda keçirilməsi müğənnilərin toy qonorarının və sahibkarların qiymət artımına səbəb olacaq:\

“Mənə elə gəlir ki, müğənnilərin əksəriyyəti qiyməti qaldıracaq. Çox güman ki, gələn mövsümdən, oktyabrdan qiymətlər qalxacaq. Azərbaycan xalqının öz milli adət-ənənələri, mentaliteti var. Unutmayaq ki, əvvəllər toylar üç gün olurdu. İndi toy bir günün bir neçə saatını olur. Bir neçə saat ərzində olan toyda beş yüz nəfərin iştirakı normaldır. Bəylə-gəlin toyu birgə edir. Ayrı edəndə, hər evdən iki yüz adam gələndə dörd yüz nəfər edir. Ona görə də 120 nəfərlə toy etmək çətin olacaq. İstəmərəm ki, övladımın toyu 120 nəfərlə keçsin”.

Ədalət Şükürov

Ədalət Şükürov

Источник: kulis.az

"Şou-biznesin gəlir yeri məhz toylardandır"

Prodüser Təranə Səmədova isə əksini deyir. O, müğənnilərin qonorarlarını daha da aşağı salacağı qənaətindədir:

“Uzun müddət toy olmadığı üçün vəziyyət pisdir, hamı pul qazanmaq istəyir. Məncə, qiymətləri daha da aşağı salacaqlar. Pandemiya dövründə hamı başa düşdü ki, alternativ biznes qurmaq lazımdır. Azərbaycanda şou-biznesin gəlir yeri məhz toylardandır. Müğənnilər pul qazanmağa başlasalar, əlavə bir gəlir yeri qumağa çalışacaqlar”.

Təranə Səmədova

Təranə Səmədova

Источник: oxu.az

"Sevinirəm ki, pandemiya belə bir ənənəni zorən yaratdı"

Müğənni və aparıcı Murad Arif “Facebook” səhifəsində Nazirlər Kabinetinin qərarını şərh edərkən yazıb ki, toyların az adam sayı ilə keçirilməsi ənənə halını alsa, yaxşıdır:

“Məclisin daha xudmanı olması, tədbiri daha rahat və daha səmimi edir. Ziyalı təbəqə toyuna heç vaxt, bütün köhnə tanış-tunuşunu çağırmazdı. Sevinirəm ki, pandemiya belə bir ənənəni zorən yaratdı. İstərdim ki, say məhdudiyyəti dəyişməsin. Ev yiyəsinə də rahat olur, məclis bazar-vağzala dönmür, toya yalnız yaxınlar, yalnız doğmalar dəvət alır. İsraf da olmaz”.

Murad Arif

Murad Arif

Источник: https://sherg.az/

Azərbaycanda iyulun 1-dən toyların keçirilməsinə icazə verilib.

Nazirlər Kabinetinin qərarında bildirilir ki, toy, nişan, ad günləri mərasimlərinə 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı mümkün olacaq.

- yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd olduğu halda icazə verilir. Şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir.

Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala daxil edilməlidir. Portal 2021-ci il 26 iyun tarixindən etibarən müvafiq məlumatları daxil etmək üçün aktiv ediləcək.

Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır.

Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır. Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibi birgə cavabdehlik daşıyacaq.

50 nəfərə qədər şəxslərin iştirakı ilə keçirilən tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi saxlanılmaqla COVİD-19 pasportu tələb olunmayacaq.

İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaq. Monitorinq qrupları Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət tərkibdə təşkil olunacaq.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  22 Июнь 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/5lced6

Самое читаемое