Əkrəm İmamoğlu İstanbul bələdiyyə başqanı oldu

Yeni bələdiyyə başqanı rəqibinin əlini sıxıb

Source: Meydan TV


Yeni bələdiyyə başqanı rəqibinin əlini sıxıb

İstanbul Böyükşəhər Bələdiyyə seçimlərini Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi olan Binali Yıldırımdan öndə tamamlayan Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 17 günlük səslərin sayılmasının tamamlanmasından sonra aprelin 17-də bələdiyyə başqanı elan olunub.

Beləliklə, İmamoğlu mübahisəli seçkilərin ardından rəsmi olaraq İstanbul Böyükşəhər Bələdiyyə başqanı oldu, – “BBC Türkçə” xəbər verir.

İmamoğlu üç ay davam edən seçki kampanyası, eləcə də seçim gecəsi etdiyi açıqlamalarla, bununla yanaşı səslərin sayılması prosesində davam etdirdiyi duruşu və siyasətiylə bütün Türkiyənin tanıdığı isim oldu. İndi Türkiyə siyasətində “parlayan ulduz” olaraq anılır.

1970-ci ildə Trabzonda doğulan İmamoğlu İstanbul Universiteti İdarəçilik fakültəsindən məzun olub. Mühafizəkar və sağyönümlü ailədən gəlir. Atası Türkiyənin keçmiş prezidenti Turqut Özalın qurduğu Ana Vətən Partiyasının (ANAP) Trabzon şəhər qurucularından olub. Elə İmamoğlunun siyasətlə tanışlığı da ANAP-la başlayıb.

Mühafizəkar bir ailədən gəlməsinə baxmayaraq, öz dediyinə görə “univesitet illərində sosial demokrat dəyərləri” ni mənimsəyib və 2008-ci ildə fəal siyasətlə məşğul olmaq qərarına gəlib, CHP-ni seçib. 2009-cu ildə bu partiyadan Bəylikdüzü Bələdiyyə başqanlığına namizədi olub. 2014-cü il seçkilərində partiyasının namizədi olaraq seçkilərə qatılan İmamoğlu Bəylikdüzü Bələdiyyəsini AKP-dən alaraq başqan seçilib.

Məhz Bəylikdüzündəki müvəffəqiyyətli bələdiyyə başqanlığı İmamoğlunu CHP-nin İstanbul namizədliyinə yolunu açır.

İmamoğlu təqribən üç ay davam edən namizədliyi və 31 mart seçkilərindən sonra 17 gün davam edən sayım dönəmində Türkiyədə seçki proseslərində hər zaman hakim olan “qütübləşdirici” dil və ifadələr istifadə etməməyə diqqət göstərməsiylə yadda qaldı. Küçə-küçə gəzərə ona səs verməyəcəyini etiraf edən AKP tərəfdarlarına xoş dillə təşəkkür etməsiylə tanına İmamoğlu AKP və MHP siyasətçilərinin hədəf halına gətirdiyi HDP seçicisi ilə bağlı çəkingən davranmayaraq, kürdlərin səslərinin ona yönəlməsinə səbəb oldu.

İmamoğlu rəqibi Binali Yıldırıma qarşı sərt dil istifadə etmədi. Namizədliyi ilk açıqlandığında partiya başqanlığını davam etdirəcəyini dilə gətirən Yıldırımın bu mövqeyini “Hörmətli Binali Yıldırım mənim rəqibim deyil” sözləriylə tənqid edərək bu tövsiyələri vermişdi.

“Hörmətli məclis başqanı öz titri və məqamıyla İstanbul küçələrində çətinlik çəkə bilər. Mənim tövsiyəm, İstanbul bələdiyyə başqanlığına namizədi olaraq gəzsin. Mən belə gəzirəm. Daha rahat dialoq qururam insanlarla. İnstanbullular da bundan məmnundur”.

Sayımın tamamlandığı 17 aprel günündə Özalın 26-cı ildönümü üçün təşkil edilmiş anım mərasimində qarşılaşdığı Yıldırımın əlini sıxıb və deyib: “Bu millətin qucaqlaşmağa ehtiyacı var, mən hər kəsi qucaqlamağa hazıram”.

Ana səhifəDünyaƏkrəm İmamoğlu İstanbul bələdiyyə başqanı oldu