Ehtiyac meyarı və yaşayış minimumu ilk oxunuşda təsdiqləndi

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat götürülüb

Source:


Gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat götürülüb

Milli Məclisdə Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun və ehtiyac meyarının məbləği ilk oxunuşda qəbul edilib.

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.

Ünvanlı yardımın təyin edilməsi ilə bağlı ehtiyac meyarının həddi isə 160 manat məbləğində müəyyən edilib.

Büdcə zərfinə daxil olan hər iki qanun layihəsi ilk oxunuşda təsdiqlənib.

Ana səhifəXəbərlərEhtiyac meyarı və yaşayış minimumu ilk oxunuşda təsdiqləndi