Əfqan Nağıyev ev dustaqlığına buraxılıb

General Ə.Nağıyev və digər təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifədən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3 (külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülmüşdü.

Source: Foto: google.az


DSX-nın sabiq rəis müavini ilə bağlı məhkəmə qərar çıxarıb

Bakı Hərbi Məhkəməsi avqustun 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyevin ev dustaqlığına buraxılması haqqında qərar çıxarıb.

Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiqləyib.

Mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti Respublika Prokurorluğu ilə birgə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində apardığı əməliyyat nəticəsində

Əfqan Nağıyev

və bir neçə şəxs həbs edilmişdi.

Mayın 15-də Bakı Hərbi Məhkəməsi Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-leytenant Əfqan Nağıyev haqqında istintaq getdiyi dövrdə həbsdə saxlanmasına qərar verib. Məhkəmə Ə.Nağıyev və onunla birlikdə tutulan Sahil Mühafizə Xidmətinin vəzifəli şəxslərinin barəsində prokurorluğun təqdimatını təmin edib. Onların hər birinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri

seçilib

.

General Ə.Nağıyev və digər təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifədən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3 (külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülmüşdü.

Ana səhifəSiyasətƏfqan Nağıyev ev dustaqlığına buraxılıb