Vergilər Nazirliyi

Источник: Foto: Meydan TV

Başlıq: Vergilər Nazirliyi

“ƏDV ilə bağlı yeni qayda kiçik, orta sahibkarlar üçün ciddi təhdiddir”

Natiq Cəfərli: “İdeya özü əladır, mexanizmlər düzgün düşünülməyib”

“Pərakəndə ticarətdə mal alışından ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi müəyyənləşdirilib. Bununla bağlı xüsusi portalın hazırlanması başa çatıb”.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş İdarəsinin rəisi Elçin Məmmədov belə deyib (Turan İA).

O, “Kapitalbank”ın müvəkkil bank kimi təyin olunduğunu qeyd edib.

Mexanizmə görə, ƏDV-nin bir hissəsini xərclənən məbləğdən geri almaq istəyən vətəndaşlar www.edvgerial.az portalından qeydiyyatdan keçməlidirlər.

ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual “pul qabı” yaradılır.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının qəbzini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatının qəbzini aldığı tarixdən 90 gün ərzində qəbz barədə məlumatları, yəni NKA qəbzinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir.

Sistemə daxil edilən məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Qəbzin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Qəbzin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. İsitfadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq edilmir.

Elçin Məmmədov

Elçin Məmmədov

Источник: Foto: google.az

Elçin Məmmədov qeyd edib ki, bu qaydalar yalnız supermarketlərə, digər pərakəndə satış mərkəzlərinə, restoranlara, kafelərə şamil olunur. Onların yanacaqdoldurma məntəqələrinə aidiyyəti yoxdur.

Digər istisnalar var:

- ƏDV yalnız fiziki şəxslərə qaytarılır,

- satıcı və ya xidmət göstərən tərəf ƏDV ödəyicisi olmalıdır;

- satıcı yeni nəsil kassa aparatlarından istifadə etməlidir.

İqtisadçı Natiq Cəfərli deyir ki, ƏDV-nin qaytarılması haqqında hökumətin 1 ildən çox düşünüb, ortaya qoyduğu qaydalar çox içiboş, hətta kiçik-orta sahibkarlar üçün ciddi təhdiddir:

“Ölkədə supermarket bumu başlamadan öncə 30 minə yaxın kiçik dükanlar, məhəllə-ailə marketləri var idi. İndi bu say 20 mindən aşağı düşüb. ƏDV qaytarılma qaydaları ancaq iri marketlər şəbəkəsinin maraqlarına uyğundur, bu qaydaların indiki şəkildə tədbiqi kiçik-orta dükanların tamam sıradan çıxmasına səbəb olacaq. Hər bir halda, kiçik-orta marketlər üçün də hökumət tərəfindən təşviq addımları mütləq atılmalıdır”.

İqtisadçı deyir ki, bu sahədə boşluqlar da var:

“Məsələn, Mən bir ƏDV ödəyicisi olan iri mağazadan, 1180 manata palto alıram. Nəğd ödəniş edirəm, qəbzi öz kabinetimə daxil edib, 18 manatı geri alıram. Paltonu asıram evdən, 1 həftədən sonra bir daha yeni gözlə mala baxıram və bəyənmirəm, qəbzi və malı götürüm dükana, qanuna görə 14 gün ərzində malı qaytarma hüququm var - paltonu qaytarıb 1180 manatımı geri alıram. Bəs o zaman mexanizm necə çalışacaq?! Qaydalarda bu məsələ yoxdur, boşluq var”.

Natiq Cəfərli

Natiq Cəfərli

Источник: Foto: sosial şəbəkə

Natiq Cəfərli sual edir: ƏDV-nin bir hissəsinin bu şərtlərlə qaytarılmasının çətin və mənasız yolunu aylardır fikirləşməyə nə ehtiyac var idi ki?

İqtisadçı deyir ki, ilk olaraq nəğd ödəniş zamanı ƏDV-nin 10 faizinin (nəğdsiz ödənişlərdə ƏDV-nin 15 faizinin geri qayratılması müəyyən edilib) geri qaytarılması qaydası tam mənasız qərardır – məntiqi yoxdur, ola da bilməz:

“Bu addımın əsas məramı o olmalıdır ki, insanların nəğdsiz ödənişlərə marağı artsın, ticarət şəffaflaşsın, nəğd pula ticarət azalsın – yaxşı, nəğdlə ödənişlərin də ƏDV hissəsinin 10 faizini çətin və mənasız üsulla qaytarılması yolu seçilibsə, bunu elə əvvəldən niyə ləğv etmirsiniz ki?! Yəni, ƏDV-ni 18 faizdən salırsan 16 faizə, bu iş həll olunur. İş adamlarına da bunun xeyri dəyir. Sonra kim nəğdsiz ödəniş edirsə, onun ƏDV hissəsinin 15 faizini qaytarırsan. Həm vətəndaş maraqlı olur, həm də biznes. Yəni, bu işə biznesin marağı olmasa, təktərəfli şəffaflaşma olmayacaq”.

Natiq Cəfərli deyir ki, bu qərar da yetərli deyil. Nəğdsiz ödəniş zamanı verilən kassa qəbzlərinin unikal nömrələri avtomatik olaraq lotereya biletinə çevrilir, Maliyyə və İqtisadiyyat nazirlikləri birgə hər ay sonu bahalı və çoxsaylı hədiyyələri uduşa çıxarır – vətəndaşlar da bu addıma görə çalışıb nəğdsiz ödəniş edirlər, kassa qəbzlərini toplayıb, heç olmasa ayda 1 dəfə AZTV-yə ürəklə və maraqla baxaraq lotereyanın nəticələrini gözləyirlər:

“İki-üç belə tirajdan sonra yüzlərlə insanımız hədiyyə udsa, bu işə inam yaransa, kiminsə qohumu-qonşusu hədiyyə qazansa, bütün millət kartla alış-verişə keçəcək. Ağılla, məntiqlə atılmalı addımlar belə olmalıdır. Hökumətdə bütün yaxşı ideyaları məhv etmək kimi özəl bir xüsusiyyət var. İdeya özü əladı - mexanizmlər düzgün düşünülməyib”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/hrfbel

Самое читаемое