DYP rəsmisi: Yol polisinin rüşvət alması iddiası araşdırılır

“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”

Source: Meydan TV
Polis: “Bu nədir verirsən, 100 manatlıq qayda pozuntusuna?!”

Yol polisinin rüşvət alması iddiası araşdırılır. Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis polkovnik-leytenantı Namidan Piriyev “

Yeniavaz.com

” saytına açıqlamasında belə deyib. İdarə rəsmisi bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma aparılır: “Hazırda xidməti yoxlama aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Meydan TV Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı videogörüntü yayımlayıb.

Videoda yol hərəkəti qaydasını pozan sürücünün yol polisi əməkdaşı tərəfindən saxlanıldığı görünür. Daha sonra davam etdirilən söhbət zamanı sürücü qaydanı pozduğunu etiraf etsə də, yol polisi əməkdaşına rüşvət təklif edir. Polis isə məbləğlə razılaşmayaraq “bu, nədir verirsən 100 manatlıq qayda pozuntusuna?” deyir. Daha sonra, o, sürücü barəsində protokol tərtib etmədən onu buraxır.

Ana səhifəSosialDYP rəsmisi: Yol polisinin rüşvət alması iddiası araşdırılır