DTX-nın növbəti əməliyyat hədəfi XİN oldu

“Xarici İşlər Nazirliyində qanunazidd əməllər aşkar edilib”

Source: Screenshot


“Xarici İşlər Nazirliyində qanunazidd əməllər aşkar edilib”

Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində əməliyyat aparması barədə məlumat yayıb.

Məlumata əsasən, istintaq-əməliyyat tədbirləri nazirliyin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı daxil olan məlumatlar əsasında keçirilir.

“Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – DTX bildirib.

2019-cu ilin dekabr ayından başlayaraq DTX dövlət strukturlarında korrupsiya əleyhinə əməliyyatlar keçirir. Bir neçə rayonun icra başçıları və digər vəzifəli şəxsləri, Mədəniyyət Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri aparılan əməliyyatlar nəticəsində həbs ediliblər.

Ana səhifəXəbərlərDTX-nın növbəti əməliyyat hədəfi XİN oldu