Источник: Meydan Tv

DİN: Bakıda polis rəisi intihar edib

Baş Prokurorluq: "O, xidməti otağında özünü öldürüb"

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin intihar etdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, o, bu gün - iyulun 9-da səhər saatlarında xidməti otağında xidməti silahından istifadə etməklə intihar edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Hələlik Rahib Mirzəyevin nə səbəbə intihar etməsi ilə bağlı açıqlama verilməyib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, iyulun 9-da saat 11-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürüb.

Bildirilir ki, hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Rahib Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib.

O, DİN Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. Daha öncə, iyunun 21-də isə Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahı ilə özünü öldürmüşdü.

DİN-dən bildirmişdilər ki, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

DİN ilkin açıqlamada hadisə ilə bağlı araşdırma apardıqlarını bildirmişdi, ancaq soradan araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmadı.

Ondan əvvəl isə Yasamal Rayon Polis İdarəsinin 26 yaşlı əməkdaşı Həsən Osmanov tabeliyindəki silahla 25 yaşlı Fatimə Hüseynovanı öldürmüşdü.

DİN bu barədə məlumat yayaraq bildirmişdi ki, Həsən Osmanov daha sonra intihara cəhd edib.

Nazirlik hadisənin qısqanclıq zəminində baş verdiyini düşünürdü: “Həsən Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir”.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Həsən Osmanov bir neçə gün sonra ölmüşdü.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/zji4bs

Самое читаемое