Daha 30 nəfər koronavirusdan ölüb

Ölkə üzrə yoluxma artıb

Source: Meydan TV


Ölkə üzrə yoluxma artıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3469 yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 102 min 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 66 min 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib. Aktiv xəstə sayı 34 209 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 646 min 654 test aparılıb. Bugünkü test sayı isə 15 057-dir.

Ana səhifəXəbərlərDaha 30 nəfər koronavirusdan ölüb