COVİD-19 halları Rusiya və Şərqi Avropada artmaqdadır

“Hazırda Avropada, Qərbi Avropada davamlı eniş müşahidə edilir”

Source: Архив


“Hazırda Avropada, Qərbi Avropada davamlı eniş müşahidə edilir”

Dünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə axşamı deyib ki, gündəlik nəticələrə baxdıqda COVID-19 Qərbi Avropada durmadan azalsa da, Rusiya və Şərqi Avropa hələ də qaynar nöqtə olaraq qalır, – “Reuters” xəbər verir.

Qurumun mətbuat katibi Margaret Harris deyib: “Hazırda Avropada, Qərbi Avropada davamlı eniş müşahidə edilir. Bu sürətlə getmir, amma hər gün yeni halların davamlı olaraq azalması müşahidə olunur. Bu da yeni halların sayının hələ də əhəmiyyətli olduğunu göstərir. Ancaq Rusiya və Şərqi Avropada hələ də artım müşahidə edirik”.

Rusiyada 423,741 yoluxma hadisəsi və 5,037 ölüm qeydə alınıb. Bu, dünyanın üçüncü ən yüksək göstəricisidir.

Harris deyib ki, Tramp rəhbərliyi ilə danışıqların hələ də davam edib-etmədiyinə dair məlumata sahib deyil. Keçən cümə günü Tramp administrasiyası pandemiya ilə mübarizə agentliyini tərk etmək üzrə olduğunu demişdi. “Bizə rəsmi məlumat verilməsi barədə məlumatım yoxdur”,- o deyib.

Ana səhifəDünyaCOVİD-19 halları Rusiya və Şərqi Avropada artmaqdadır