Naib Həsənov

Источник: Meydan TV

Başlıq: Naib Həsənov

“Canımızla qoruduğumuz torpaqdan bizə bir hissə verilmir ki, dolanaq...”

Şəmkirdə müharibə veteranları bələdiyyədən şikayətçidir

Şəmkir rayonunun Ağlavaşlı kəndində yaşayan Qarabağ müharibəsi veteranları bələdiyyə sədrindən və icra başçısından narazıdır. Deyirlər ki, əkinçiliklə məşğul olmaq üçün torpaq sahəsi icarəyə götürmək istəsələr də, onlara imkan verilmir.

“Ehtiyac içində yaşayırıq”

47 yaşlı Naib Həsənov deyir ki, özü Birinci Qarabağ Müharibəsində, oğlu Qafur da İkinci Qarabağ Müharibəsində ölkənin ərazi bötövlüyü uğrunda döyüşüb. Kənddəki əksər ailələr kimi, onlar da dolanışıqda maddi baxımdan əziyyət çəkirlər. Ona görə də Ağlavaşlıdan olan digər Qarabağ müharibəsi veteranları ilə birlikdə qərara gəliblər ki, icarəyə torpaq götürüb, əkin-biçinlə məşğul olsunlar:

“Vəziyyət yaxşı deyil, əməlli-başlı ehtiyac içində yaşayırıq. Dolanışığımızı təmin eləmək üçün əkinçiliklə məşğul olmağı qərarlaşdırdıq. Əkinçiliklə məşğul olmaq üçün də torpaq lazımdır axı... Əvvəl 10 nəfər müharibə iştirakçısı toplaşıb, icarəyə torpaq götürmək üçün bələdiyyəyə müraciət elədik. Sonra sayımız artdı, 17 nəfər olduq. Aramızda müharibədə əlil olanlar da vardı”.

Prezidentə ərizə

Prezidentə ərizə

Источник: Meydan TV

Naib Həsənovun sözlərinə görə, Ağlavaşlı Kənd Bələdiyyəsindən rədd cavabı alıblar. O iddia edir ki, bələdiyyə sədri Elşən Mehdiyev icarəyə torpaq ayrılması üçün pul istəyib. Tələb olunan vəsaiti verə bilmədiklərinə görə Qarabağ müharibəsi veteranlarına torpaq sahəsi ayrılmayıb:

“Bizim kənddə bələdiyyənin mülkiyyətində 700 hektar torpaq sahəsi var, amma vermir. 22 ildir bələdiyyə sədridir, ondan əvvəl də 10 il kolxoz sədri işləyib. Nə istəyir, onu da eləyir. Kəndin nəyi varsa, onun sərəncamındadır. Kommunizm vaxtında yerin altından keçən borulara qədər satıblar. Torpaq sahələrini özünə yaxın olanlara paylayır. Deyir ki, “torpağın hektarı 2500-3000 mindir”. Açıq-açığına bildirir ki, “bələdiyyə sədri olmaq havayı deyil, hər dəfə 5 il üçün mən də pul verirəm, onu çıxarmalıyam”. Aramızda elə yoldaşlarımız var ki, təhqir edir...”

“Bu ölkə uğrunda vuruşmuşam, mənə “vətən xaini” deyir”

İcarəyə torpaq götürmək üçün müraciət etmiş müharibə veteranlarından 48 yaşlı Yalçın Rzayev deyir ki, bələdiyyə sədrinin qanunsuz tələblərinə görə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Elşən Mehdiyev onu təhqir edib:

“Məni “vətən xaini” adlandırır. Halbuki, onun kimilərin harada olduğu bilinməyəndə mən həyatımı təhlükəyə atıb, bu ölkə uğrunda vuruşurdum. Mənim dörd övladım var, ailəmi necə dolandırım? Nə istəyirik, deyirik ki, hamı kimi, bizə də icarəyə torpaq ayrılsın, əkib-biçək, birtəhər dolanaq. Heç kimin şəxsi əmlakını istəmirik ki. Özü qardaşları ilə birlikdə 100 hektara qədər ərazini götürüb. Canımızla qoruduğumuz torpaqlardan bir hissə bizə verilmir ki, dolanaq”.

Mehriban Əliyevaya teleqram

Mehriban Əliyevaya teleqram

Источник: Meydan TV

Yalçın Rzayev “vətən xaini” ittihamına görə də hüquq-mühafizə orqanlarına şikayət edib.

Bələdiyyə sədrindən rədd cavabı alan veteranlar Şəmkir Rayon İcra Hakimiyyətinə üz tutublar. İcra başçısı Alimpaşa Məmmədovla görüşsələr də, məyus qayıdıblar.

“İcra hakimiyyətinə bir neçə dəfə getmişik. Xeyri olmadı. İcra başçısı görüşdə sanki baxışlarıyla bizi qovurdu...”, - Naib Həsənov belə deyir.

“Gedib hərracdan alsınlar...”

Bələdiyyə sədri Elşən Mehdiyev ittihamları rədd edir, haqqında səslənən fikirlərin həqiqətəuyğun olmadığını bildirir.

“Onlar 2020-ci ilin yanvarında müraciət ediblər. Yanvarın 29-da onların ərizəsi müzakirə edilib, qərar qəbul edilib. Torpaq sahələri müvafiq rəylərin, bələdiyyənin mülkiyyət hüququnu təsdiqləyən çıxarışların alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunub. Hələ çıxarışları ala bilməmişik. Özlərinə də demişəm, çıxarışlar alınandan sonra hərrac komissiyasına göndərəcəyik. Hərrac keçiriləndə vaxtı barədə hamıya məlumat veriləcək. Gedin, iştirak edin, hərracda qalib gəlin, torpaq sahibi olun”, - bələdiyyə sədri Meydan TV-yə bildirib.

“Qardaşı bələdiyyə sədri olmamışdan əvvəl alıb”

Şəmkir Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən bildirilib ki, bələdiyyənin sərəncamında olan torpaq sahələrini icarəyə götürmək istəyən Qarabağ müharibəsi veteranlarının müraciətlərini ətraflı araşdırıblar:

Baş Prokuror Kamran Əliyeva şikayət

Baş Prokuror Kamran Əliyeva şikayət

Источник: Meydan TV

“Torpaq islahatı dövründə hamı kimi, Qarabağ veteranlarına da pay torpaqları verilib. İndi əlavə torpaq istəyirlər. Bələdiyyənin torpaq sahəsi ayırması üçün qanunlar var, onların əsasında ayrılır. Hərrac vasitəsilə istənilən vətəndaş, o cümlədən onlar da ala bilər”.

Bələdiyyənin sərəncamında olan torpaq sahələrinin bələdiyyə sədrinin qohumlarına verilməsinə gəlincə, icra hakimiyyətindən bildirilib ki, Elşən Mehdiyevin qardaşı həmin əraziləri torpaq islahatı dövründə alıb: “Qardaşı bələdiyyə sədri olandan sonra almayıb”.

Şəmkir Rayon İcra Hakimiyyətinin cavabı

Şəmkir Rayon İcra Hakimiyyətinin cavabı

Источник: Meydan TV

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/qnnid1

Самое читаемое