Büdcə

Источник: arxiv

Başlıq: Büdcə

Büdcədə 1.4 milyarda yaxın əlavə xərclər

Dəyişiklik layihəsi birinci oxunuşda qəbul edildi

“Koronavirus pandemiyası böhranyönümlü təhlükələrin yaranması ilə nəticələnib. Əsas böhranlardan biri istehlak səbətinin azalmasıdır”.

Milli Məclisin növbədənkənar sessiyasının avqustun 5-də keçirilən ilk plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsinin I oxunuşda müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov belə deyib.

O qeyd edib ki, bu ilin 6 ayının yekununda Azərbaycanın dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub: “Büdcədə 292 milyon manat profisit yaranıb. Büdcə xərcləri 107 milyon manat artıq icra edilib, icra prosesində hər hansı geriləmə olmayıb. Aprel ayından başlayaraq ölkənin ümumi daxili məhsulu (ÜDM) azalmağa başlayıb və gözlənilən odur ki, azalma göstəricisi bir qədər də artacaq”.

Nazir vurğulayıb ki, Azərbaycanın dövlət büdcəsində növbəti 6 ay üçün neftin bir barelinin qiyməti 20 dollar azaldılaraq 35 ABŞ dollarından götürüləcək.

S.Şərifovun sözlərinə görə, neftlə bağlı vəziyyət aprel-may aylarında daha da gərgin idi və qiymət 13 ABŞ dollarınadək enmişdi:

“Yaranmış sosial-iqtisadi vəziyyətin problemlərindən biri onun qeyri-müəyyənliyidir. Bu gün dünyada heç kim deyə bilməz ki, xəstəlik nə qədər davam edəcək. Məhz bunları nəzərə alaraq çevik maliyyə buferləri yaradılmalıdır ki, hər hansı yarana biləcək təhdidlərin qarşısı alınsın”.

Maliyyə naziri deyib ki, dövlət hazırda sərəncamında olan bütün ehtiyatlardan istifadə edir:

“Biz başqa dövlətlərdən fərqli olaraq kredit almaq üçün müraciət etmirik. Bu ehtiyatlar da düzgün idarə olunur”.

Nazirin sözlərinə görə, cari ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri əvvəlki səviyyəyə qayıdıb.

Samir Şərifov

Samir Şərifov

Источник: Meydan TV

“Hökumət o fikirdədir ki, xərclərin artırılması daha məqsədə uyğundur. Məhz buna görə, dövlət büdcəsinin xərcləri 600 milyon manatadək artırılır”.

“ 2020-ci il dövlət büdcəsi haqqında” qanun əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24134500,0 min manat, xərcləri 26894700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23336950,0 min manat, yerli gəlirləri 797550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26044596,0 min manat, yerli xərcləri 850104,0 min manat) məbləğində təsdiq edilmişdi.

Dəyişikliklə isə 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.

Neft Fondunun dövlət büdcəsinə transferti 850 milyon manat artırılır

Layihədə dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin sair daxilomaları müvafiq olaraq 850,0 milyon manat və 30,0 milyon manat artırılır.

Cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur.

Dövlət Neft Fondu

Dövlət Neft Fondu

Источник: arxiv

Bu isə ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.

1.4 milyarda yaxın əlavə xərclər

Pandemiya ilə əlaqədar yaranmış vəziyyət və digər zəruri xərclərlə bağlı əlavə tələb olunan 1 371,5 milyon manat zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi nəzərdə tutulur:

- ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, pandemiyaya qarşı mübarizə ilə bağlı əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan əlavə xərclərin örtülməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün yaradılmış ehtiyat vəsait 465,0 milyon manat;

- səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369,0 milyon manat (koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə tibb işçilərinə verilən müddətli əlavənin maliyyələşdirilməsinə, zəruri tibb ləvazimatlarının, avadanlıqlarının və başqa ehtiyacların tədarükünə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə yaranmış xərclərin, stasionar müalicə tədbirlərinə cəlb edilmiş Tədris Cərrahiyyə Klinikasının və Tədris Terapevtik Klinikasının, Mərkəzi Neftçilər Xəstəxanasının, yeni tikilən modul tipli xəstəxanaların saxlanılmasına);

- pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238,0 milyon manat;

- pandemiya ilə əlaqədar dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manat;

- pandemiya ilə əlaqədar iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100,0 milyon manat;

pandemiya

pandemiya

Источник: Meydan TV

- cari ildə bir sıra təşkilatlar üzrə artırılmış əmək haqlarının maliyyə təminatı və vakant vəzifələrin komplektləşdirilməsi üçün 37,3 milyon manat (Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun aidiyyəti qurumları və s.);

- bəzi təşkilatların maddi-texniki təminatının möhkəmləndirilməsi, hərbiçilərə ev kirayəsi haqqının ödənilməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün 9,1 milyon manat;

- “ASAN xidmət” üzrə elektron hökumətin tətbiqinin maliyyə təminatı üçün 7,0 milyon manat;

- pandemiya dövründə ölkəyə xaricdən gələn Azərbaycan Respublikası vətəndaşlarının sərhəddə yaradılmış səyyar düşərgələrdə karantindən keçmələri üçün 2,8 milyon manat;

- biometrik pasport blanklarının və yeni nəsil şəxsiyyət vəsiqələrinin çap edilməsi ilə bağlı əlavə 6,7 milyon manat vəsaitin yönəldilməsi proqnozlaşdırılır.

Bütün bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcəkdir ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz, 2019-cu ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3066,3 milyon manat və ya 12,6 faiz çoxdur.

Cari xərclər artırılır, əsaslı xərclər azaldılır

2020-ci il yenidən baxılacaq dövlət büdcəsinin xərclərinin 18046,9 milyon manatı və ya 65,6 faizi cari xərclərə yönəldiləcək.

Bu da təsdiq olunmuş proqnoza nisbətən 790,5 milyon manat və ya 4,6 faiz çoxdur.

7 719,1 milyon manatı və ya 28,1 faizi əsaslı xərclərə yönəldiləcəkdir ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 91,0 milyon manat və ya 1,2 faiz, 1726,2 milyon manatı və ya 6,3 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldiləcək. Bu da təsdiq olunmuş proqnoza nisbətən 102,0 milyon manat və ya 5,6 faiz azdır.

Yenidən baxılacaq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 1,5 faiz-bənd artacaq, əsaslı xərclərin xüsusi çəkisi 1,0 faiz-bənd və dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,5 faiz-bənd azalacaq.

DSMF-nin gəlir və xərcləri isə azaldılır

2020-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri 4 milyard 825 milyon 508 min 800 manat həcmində təsdiqlənib.

Qanun layihəsində Fondun gəlir və xərcləri bərabər olmaqla 4 milyard 784 milyon 700 min manat həcmində təsdiqlənməsi qeyd edilib.

Dövlət Sosial Müdafiə Fondu

Dövlət Sosial Müdafiə Fondu

Источник: google.az

Bu isə cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır.

Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılır

“İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsinə dəyişiklik layihəsinə əsasən, Fondun gəlir və xərcləri artırılır.

Qanun layihəsində təklif olunur ki, fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilsin.

2020-ci il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənmişdi.

Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinin məbləği iki dəfə artırılaraq 10 milyon manata qaldırılması təklif edilir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/4ur5dm

Самое читаемое