Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva

Источник: Meydan.TV

Оглавление: Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva

Britaniya məhkəməsi Zamira Hacıyevanın deportasiyasını durdurub

“Harrods”da silsilə alış-veriş zamanı 16 milyon funt sterlinq xərcləyən bankir arvadı saxtakarlıq ittihamı ilə Azərbaycana qaytarılmaqdan qurtulub, - “Telegraph” xəbər verir.

55 yaşlı Zamira Hacıyeva ərinin 14 il işlədiyi dövlət bankından milyonlarla manat mənimsəməkdə ittiham olunur.

Lakin Westminster Magistrates Məhkəməsinin hakimi cümə axşamı onun Azərbaycanda ədalətli mühakimə olunmayacağı qərarını verərək, Hacıyevanın ölkəsinə qaytarılmaması hökmünü çıxarıb.

Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO) çərçivəsində məhkəmə qarşısına çıxıb. Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalı idi.

Milli Cinayət Agentliyi (NCA) ərinin korrupsiya ittihamı ilə mühakimə olunmasından sonra onun maliyyə durumunu araşdırmağa başlayıb.

Cütlük Naytsbrijdə (Knightsbridge) 11.5 milyon funt sterlinqlik bir ev və Berkşayrin Ascot şəhərində 10.5 milyon funt sterlinqlik bir qolf klubu satın alıb.

Məhkəmə sənədlərində qeyd olunur ki, Hacıyeva 2006-cı ildən bəri “Harrods”da etdiyi alış-veriş zamanı 16 milyon funt sterlinq xərcləyib. Bu məbləğin 1 milyon funt sterlinqini Hacıyevanın oyuncaq şöbəsində və 5.75 milyon funt sterlinqini isə zərgərlik dizaynerləri olan “Boucheron” və “Cartier”-ə xərclədiyi bildirilir.

O, “Naytsbric” mağazasının Belçikadakı şokolad autleti olan “Godiva”-da bir gündə 30.000 funt sterlinq və “La Perla” və “Agent Provocateur” alt paltarı mağazasında isə bir gündə minlərlə funt sterlinq xərcləyib.

Hacıyevanın əri 57 yaşlı Cahangir Hacıyev 2001-ci ildən 2015-ci ildə istefaya getməsinə qədər Azərbaycan Beynəlxalq Bankının (İBA) sədri olub və sonradan dələduzluq və mənimsəmə ittihamı ilə 15 il həbs cəzasına məhkum edilib.

Məhkəmə qeyd edir ki, o, rəhbər vəzifədəykən ildə 55.000 funt sterlinq maaş alıb. Lakin arvadının sərvəti ilə bağlı heç bir qanuni mənbəyə rast gəlinməyib.

Hacıyevanın hüquqşünasları iddia edirlər ki, o, siyasi inancına görə təqib edilib və bu səbəbdən deportasiya edilsə, o, keçmiş Sovet respublikası olan Azərbaycanda ədalətli mühakimə edilməyəcək.

Vəkilləri qeyd edirlər ki, pul xərcləmək cinayət deyil.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/7y63ab

Самое читаемое