Bloger öncə bələdiyyə üzvü, sonra deputat olmaq istəyir

Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürdüyünü söyləyən bloger noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb

Source: Facebook


Mehman Hüseynov namizədliyini irəli sürüb

Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Bu barədə məlumatı özü yayıb.

Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürdüyünü söyləyən bloger noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb:

“Sabahdan imzatoplama kampaniyasına başlayacağam. Əziz Suraxanı əhli, Qaraçuxur camaatı hazırlaşın, dəyişiklikləri bir yerdə edəcəyik. Bu tənbəl, iş görməyən, korrupsioner məmurları Qaraçuxurdan qovacağıq. Odur ki birləşmək vaxtıdır”.

Sonda bloger bildirib ki, rüşvətxor, xalqa xidmət etməyən məmurların axırına az qalıb:

“Növbəti il Parlament seçkilərinə hazırlaşacam. Bu dəfə hədəfim illərdir Milli Məclisə deputat seçilənlər olacaq. Xalqın dəstəyi olsa, mən onlarla bacararam”.


31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyası

ndan faktı təsdiqləyiblər. Mehman Hüseynovun həqiqətən də namizədliyini irəli sürdüyünü söyləyiblər.

2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Namizədlərin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi noyabrın 22-dək davam edəcək. Seçkiqabağı təşviqat noyabrın 30-dan dekabrın 22-dək çəkəcək.

Ana səhifəSiyasətBloger öncə bələdiyyə üzvü, sonra deputat olmaq istəyir