“Bit bazarı”nda toplanan yardım qubalı məktəbliləri sevindirəcək

“Bit bazarı”nda toplanan yardım qubalı məktəbliləri sevindirəcək

Geyimlərdən tutmuş, köhnə fotoaparatacan burada istədiyiniz hər şey var.

"Salaam Cinema Baku" avqustun 25-də bağçasında "Bit bazarı" təşkil edib.

19 piştaxta üzərində kimisi öz əl işlərini, kimisi də ikinci əl malların satışını həyata keçirib.

"Bit bazarı"nda xeyriyyə güşəsi də var. Buradan yığılan məbləğlə çörək qurudub satmaqla dolanan yaşlı qadına yardım ediləcək. İanə çox olarsa, Qubanın ucqar kəndində oxuyan uşaqlara nəqliyyat yardımı ediləcək.

Satıcılar düşünür ki, ikinci əl mallar daha ucuz olduğundan alıcılar üçün də sərfəlidir. Cəmiyyətdə ikinci əl məhsullara olan önyarğının aradan qalxmasını, bu bazarların tez-tez təşkil olunmağını istəyirlər.

"Salaam Cinema" komandası da "second hand" bazarlarının davamlı olacağını deyir.

Ana səhifəVideo“Bit bazarı”nda toplanan yardım qubalı məktəbliləri sevindirəcək