''Binə''də: Hətta çinlilər də öz mallarını bəyənmir

“Gedib mollardan eyni malı baha alırlar, bulvar əvəzi burda gəzirlər”

“Bazara bir ərəb turist gələn kimi qarşısına qaçırıq ki, bəlkə 5-10 manatlıq alver edər. Hər 3-4 mağazadan biri çimərlik geyimləri satır, mağazaların xərci borcunu ödəmir”.

Bunu “Binə” Ticarət Mərkəzində alver edən Savalan Mehdiyev deyir. Onun sözlərinə görə, “Binə”də alver “ölüb”, icarə haqqının azaldılması da vəziyyətdən çıxmağa kömək etməyib.

Ticarət mərkəzində 5-ci sıradan sonra mağazalar boşaldılıb. Elə 5-ci sırayadək də qapısı qıfıllanmış mağazalara tez-tez rast gəlinir.

S.Mehdiyev söyləyir ki, hər il idman oyunları ərəfəsində kredit götürərək malların çeşidini artırırlar. Amma gözləntiləri boşa gedir, ölkəyə gələn turistlər alver etmirlər.
“Hər gün iran, türk, ərəb, çinli turistlər gəlir. İranlılar daha çox ucuz çin malına üstünlük verirlər. Amma türk və ərəblərə mal bəyəndirmək olmur. Hətta çinlilər də öz mallarını bəyənmirlər”,- Mehdiyev deyir.

Digər satıcı Ənvər Xəlilov da alverin azalmasından şikayətlənir: “Son 2-3 ilədək “Binə”də 5 mağaza işlətmişəm. Devalvasiyadan sonra mağazaların dördün təhvil verdim, çünki icarə haqqını ödəməkdə çətinlik çəkirdim. İndi də müştəri yoxdur”.

Satıcılarlar deyirlər ki, əvvəl Dağıstandan, eləcə də Azərbaycanın rayonlardan müştərilər gəlirdi, indi onların da alveri yaxşı getmir. Gələnlər də daha çox xırdavat alırlar.

“Heç kim ehtiyac olmadıqda paltar və ya evinə əşya almır. “Sədərək”də ucuz xırdavat alveri yaxşı gedir”, satıcılar söyləyirlər.

Son 2 ildə “Binə”də yüzlərlə mağaza bağlanılıb. Satıcılar deyirlər ki, etirazlardan sonra icarə haqqı 100-150 manat azaldıldı, amma yenə alver sərfəli deyil. Çünki 600-1800 manat icarə haqqından əlavə vergi, Sosial Müdafiə Fonduna ödənişlər, mühafizə üçün pul verilir. Hələ üstəlik gündəlik dayanacaq, tualet pulu da əlavə olunur.

“Əksəriyyət kredit götürüb, ailəsini alverlə dolandırır. İcarə pulunu verə bilməyənlər mağazanı bağlayıb, krediti qaytara bilmir, borc içində itib-batır. Biz gündəlik çörəkpuluna çalışırıq”,-Nuranə adlı satıcı gileylənir.

Ticarət mərkəzində turistlərə tez-tez rast gəlinir. Amma çoxu mağazadan əliboş çıxır.

“Gedib mollardan eyni malı baha alırlar, bulvar əvəzi burda gəzirlər”, -istidən güclə nəfəs alan satıcı ərəb turistin ardınca deyinir...

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/z62nn5

Самое читаемое