Bilgəhdə narkomaniya əleyhinə aksiyaya cəhd edilib

Bilgəhdə narkomaniya əleyhinə aksiyaya cəhd edilib

Sentyabrın 4-də Sabunçu Rayonu Bilgəh qəsəbəsində narkomaniya əleyhinə etiraza cəhd edilib. Vətəndaşlar qəsəbə meydanında toplantı planlasa da, iştirakçıların bir qismi meydana çatmamış polis tərəfindən saxlanılıb.

Bilgəh sakinləri qəsəbədə narkotik istifadəçilərinin sayının artmasından gileylənir. Deyirlər ki, vaxtaşırı evlərindən edilən oğurluqdan təngə gəliblər.

Saxlanılanlar 14-cü polis idarəsinə aparılıb. Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sakinlərin şikayətlərinə münasibət bildirib.

Bir müddət əvvəl Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək onları narkomaniya əleyhinə mübarizədə köməyə səsləmişdi.

Ana səhifəVideoBilgəhdə narkomaniya əleyhinə aksiyaya cəhd edilib