Bəstəkar Nailə Mirməmmədli vəfat edib

“Təsadüfi hallarda ürəktutması olurdu”.

Source: Specify Source


İncəsənət xadiminin vəziyyəti qəflətən pisləşib, xilas etmək mümkün olmayıb

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli vəfat edib.

Bu haqda məlumatı Meydan TV-yə qızı Minirə Mirməmmədli təsdiqləyib. Qızının sözlərinə görə, yanvarın 4-də səhər saatlarında bəstəkarın vəziyyəti qəfil pisləşib. Təcili Təxirəsalınmaz Tibbi Yardım çağırsalar da, bəstəkarı xilas etmək mümkün olmayıb:

“Təsadüfi hallarda ürəktutması olurdu. Ürək döyüntüləri artırdı. Həkim çağırırdıq, iynə vururdular, dərman içirdi, düzəlirdi. Bu səhər də eyni vəziyyət yarandı, ürəyi tutmuşdu. Dalbadal iynələr vurulsa da, xilas etmək mümkün olmadı”.

Nailə Mirməmmdəli Yasamal qəbristanlığında, həyat yoldaşı, əməkdar incəsənət xadimi, bəstəkar Hikmət Mirməmmdəlinin yanında dəfn olunacaq.

Əməkdar incəsənət xadiminin ailəsi 2007-ci ildə faciələrlə üzləşib. Əvvəl onların 14 yaşlı oğlu dənizdə boğularaq ölüb. Daha sonra Nailə Mirməmmədlinin həyat yoldaşı Hikmət Mirməmmədli ürək tutmasından vəfat edib.

Nailə Mirməmmədli 1961-ci ildə Bakıda doğulub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Nailə Mirməmmədli təhsilini davam etdirmək məqsədi ilə 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, “Bənövşə” xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb.

2020-ci ildə BDU-nun Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin olunub.

Ana səhifəMədəniyyətBəstəkar Nailə Mirməmmədli vəfat edib