Kristina Timanovskaya

Источник: Instagram / kristi_timanovskaya

Başlıq: Kristina Timanovskaya

Belaruslu idmançı Polşadan siyasi sığınacaq istəyib

Статья обновлена:  2 Август 2021

"Еvrоrаdiо"-nun materialları əsasında

Belarus Respublikasının yüngül atleti Kristina Timanovskaya məşqçilərin qərarını yerinə yetirməkdən və Tokioda keçirilən Olimpiadadan qayıtmaqdan imtina edib.

O, Polşada siyasi sığınacaq almaq üçün sənəd verib. Daha əvvəl xəbər verildiyi kimi, Çexiya həmçinin Timanovskayaya öz köməyini təklif edib.

Timanovskaya 4x400 metr məsafəni qaçmaqdan imtina etdiyi üçün onun departasiya olunması barədə qərar verilib. Qərarı həmçinin idmançının psixoloji vəziyyəti ilə əsaslandırıblar. Hazırda idmançı yapon hökumətinin mühafizəsi altındadır.

İdmançı avqustun 2-si 200 metrlik məsafədə hazırlıq qaçışında iştirak etməli idi. Belarusun Milli Olimpiada Komitəsinin (MOK) rəsmi bəyanatında deyilir ki, idmançının milli komandadan kənarlaşdırılmasına səbəb onun emosional-psixoloji vəziyyəti olub. Bəyanatda qeyd edilir ki, qərar həkimlərin tövsiyəsi əsasında verilib. Hərçənd idmançı bu məlumatı təkzib edib və tibb işçilərinin onu müayinə etmədiyini söyləyib.

Timanovskaya milli komandadan kənarlaşdırılmazdan az əvvəl Belarusun idman sahəsindəki məmurlarını tənqid edib. İdmançı onu 4x400 metr məsafədə qaçmağa məcbur etdiklərini söyləyib, halbuki məlum distansiya Timanovskayanın öhdəliyi deyil. Belə ki, o, 100 və 200 metr məsafələrdə ixtisaslaşıb.

Belarus milli yığmasının idmançısını İstanbula gedən təyyarəyə minməyə məcbur etdikləri məlum olub. Timanovskaya Tokio hava limanında onu zorla apardıqlarını bəyan edib. Məsələyə yapon polisi və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələri müdaxilə edib. BOK-də Belarusun MOK-dən izahat istəyiblər. Oyunların Təşkilat Komitəsi də istintaqa qoşulub.

Timanovskaya “Reuters” agentliyinə müsahibəsində Tokio hava limanında yerli polisdən yardım istədiyini və polisin onu müdafiə etdiyini söyləyib. İdmançı Belarus hakimiyyətinin ona təzyiq göstərdiyini və bu səbəbən vətənə qayıtmaq niyyətində olmadığını bəyan edib. O, evə qayıdacağı halda dəmir barmaqlıqlar arasına düşəcəyindən əmindir.

Timanovskaya siyasi sığınacaq verilməsi barədə müraciət edəcəyini söyləyib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  2 Август 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/urs2t3

Самое читаемое