Belarusda seçkilər: uzun növbələr, müşahidəçilərin saxlanılması, “səs”in boğulması

Dövlətin exit-polları: Lukaşenko səslərin 79,7%-dən çoxunu toplayıb

Source: Новая газета


Dövlətin exit-polları: Lukaşenko səslərin 79,7%-dən çoxunu toplayıb

“Euroradio” və "Novaya qazeta"nın materialları əsasında

Belarusda prezident seçkilərində səsvermə yerli vaxtla saat 21:00-da başa çatıb. Bu il Belarus prezidenti vəzifəsinə 5 namizəd iddia edir: Andrey Dmitriyev, Anna Kanopatskaya, Aleksandr Lukaşenko, Svetlana Tixanovskaya və Sergey Çereçen.

Müstəqil müşahidəçilərin məlumatına görə, səsvermənin başa çatmasına 1 saat qalmış Minskin bəzi məntəqələrində seçici fəallığı 100 faizi ötüb.

photo5296760025882144787.jpg
Saat 21:00-da sonra Moskvada səfirlik qarşısında insanlar məntəqənin fəaliyyətinin bərpasını tələb edərək, “Biz səs vermək istəyirik!” qışqırıblar.
Uzun növbələr

Belarusda bu prezident seçkiləri seçki məntəqələri qarşısındakı uzun növbələrlə yadda qalacaq. Uzun növbələr Belarusun Moskva, Kiyev, Varşavadakı səfirliklərinin qarşısında da qeydə alınıb.

Yeni prezident seçən belarusların Çexiya paytaxtındakı növbələri də diqqət çəkir.

Seçki məntəqələrində növbələr Minskdə də müşahidə edilib. Belarus MSK-nın rəhbəri Lidiya Yermoşina məntəqələr önündəki növbələrə görə səsvermənin müddətinin uzadıldığını elan edib: “Yüzlərlə seçici növbəyə durub. Nə qədər ki onlar səs verir, məntəqələr işini davam etdirəcək”.

Eyni zamanda o, seçki məntəqələrindəki növbələri təxribatın nəticəsi adlandırıb.

Yermoşina qeyd edib ki, “guya etirazçı elektoratı Telegram-kanalllar vasitəsilə qəsdən təxribat törətməyə öyrədiblər".

"Bu etirazçı elektoratı nəyə öyrədiblər? Gəlin və səsvermə kabinəsini yarım saatlıq zəbt edin. Bu cür baş verir. Nəticədə seçki məntəqələrinin buraxılış qabiliyyəti aşağı düşür ", – BELTA onun sözlərini qeyd edir.

Məmur xanımın fikrinə görə, əsl sabotaj və təxribat baş verir.

Xəbər verildiyi kimi, MSK koronavirusla əlaqədar olaraq məntəqələrə girişin məhdudlaşa biləcəyi, eyni vaxtda səs verənlərin sayının seçki məntəqələrinin üzvlərinin sayı qədər olacağı barədə xəbərdarıq edib. Ehtimal ki, məhz bu məhdudiyyət növbələrin yaranmasına gətirib çıxarıb.

Saxlanılmalar

30-a qədər müşahidəçinin saxlanılması barədə xəbər verilir.

Həmçinin Rusiyanın “Dojd” telekanalının jurnalistlərinin saxlanıldığı bildirilir. Rusiya XİN-in məlumatına görə, onlar akkreditasiyalarının olmaması səbəbindən saxlanılıblar.

“Dojd” telekanalının baş redaktoru Tixon Dzyadkonun sözlərinə görə, onlar hələ iyunun 15-də akkreditasiya üçün bütün zəruri sənədləri müvafiq qaydada təqdim ediblər. “Müxbirlər Minskdə akkreditasiyanın təsdiqlənəcəyi ümidi ilə çalışırdılar”, – o, deyib.

“Səs”in boğulması

Prezident seçkiləri zamanı səslərin alternativ sayılması üçün istifadə olunan “Qolos” saytına girişlə bağlı problemlər yaranıb. Bu barədə “Evroradio” hələ avqustun 9-u günorta

məlumat yayıb

.

saytı hazırlayanların sözlərinə görə, kimsə istifadəçilərin daxil olduğu saxta sayt hazırlayıb. Onun dizaynı orijinal sayta bənzəyir.

“Qolos” onlayn-platforması “Namuslu adamlar” təşəbbüs qrupu tərəfindən yaradılıb. Seçicilərə öz bülletenlərinin fotosunu “Viber” və “Telegram”-dakı çat-bota göndərmək təklif olunub. Bunu seçkilərdən sonra da etmək mümkündür. Sonra bütün bülletenlər yoxlanılacaq.

MSK-nın sədri Lidiya Yermoşina "Qolos"u cinayətkar təşəbbüs adlandırıb. Baş prokurorluq isə onu sosioloji sorğuya bərabər tutub ki, bu sorğunu Belarusda yalnız müvafiq lisenziya aldıqdan sonra aparmaq mümkündür.

Hələ səhər tezdən Belarusda mobil və ev interneti ilə bağlı problemlər müşahidə olunub. Bu problemlərlə bağlı məlumatlar təkcə Minskdə yox, Vitebsk, Bobruysk, Moqilyov və digər şəhərlərdə də qeydə alınıb.

“Naviny.by” saytına giriş qeyri-mümkün olub, abonentlər “Radıyo Svaboda” (Svaboda.org) saytına daxil ola bilməyib, “YouTube” istifadəçiləri videoxostinqdən yararlana bilməyiblər.

Bunlardan əlavə, Belarus əhalis “Viber”, “Instagram”, “Telegram”, “Skype” əlavələrinin fəaliyyətində problemlərdən məlumat veriblər. Onliner portalı VPN-servislərin işinin dayandığından yazır.

Bəzi mağazalarda terminalların işində texniki nasazlığın mümkünlüyü və kartla hesablaşmaların mümkün olmayacağı barədə elanlar peyda olub.

Etirazlar

İlkin rəqəmlərə görə, Lukaşenko rəsmən səslərin təxminən 80 faizini toplayaraq irəlidədir. Qeyri-rəsmi olaraq – o, 10 faiz səs fərqilə geridədir.

«Belsat»ın müxbirləri xəbər verir ki, Brestdə, Maşerov prospektində saxlanılmalar başlayıb, insanlar zəncir yaradaraq düzlənib, ancaq onları tutaraq maşınlara mindirirlər. «Evroradio» etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğunu xəbər verir.

Moqilyov şəhərində də etiraz aksiyasına toplaşanları dağıdırlar.

Qaliblər prospektindəki “Minsk – qəhrəman şəhərdir” sütununun ətrafında və Maşerov prospektində saxlanılmalar başlayıb. Orada axşam müxalifətin aksiyası planlaşdırılıb, jurnalistlərin məlumatına görə, meydana min nəfərə yaxın insan çıxıb. «Belsat»ın müxbirinin sözlərinə görə, insanları döyürlər, yaralılar var.

Sütun istiqamətində yerüstü nəqliyyat qapadılıb. Metro qatarları «Oktyabrskaya», «Frunzenskaya», «Nemiqa», «Molodyojnaya», «Pervomayskaya» və «Kupalovskaya» stansiyalarında dayanmadan şütüyürlər.

Ana səhifəDünyaBelarusda seçkilər: uzun növbələr, müşahidəçilərin saxlanılması, “səs”in boğulması