Bayram Məmmədov

Источник: Meydan TV

Başlıq: Bayram Məmmədov

Bayram Məmmədovun ölümü Türkiyə parlamentində müzakirə edilib

Deputat fəalın ölümü ilə bağlı nazirə suallar ünvanlayıb

Azərbaycanlı fəal Bayram Məmmədovun ölümü Türkiyə Parlamentində müzakirə edilib. HDP İzmir millət vəkili Murat Çepni bu barədə daxili işlər naziri Süleyman Soyluya sual ünvanlayıb.

O, əvvəlcə Bayram Məmmədov barədə məlumat verib. Onun 2016-cı ildə eks-prezident Heydər Əliyevin heykəlinə “Qul Bayramınız Mübarək”, - yazandan sonra narkotik ittihamı ilə 10 il həbs edildiyini, 3 il sonra əfvlə sərbəst buraxıldığını, həbsdə olduğu müddətdə işgəncəyə məruz qaldığını bildirib:

“Bir müddət öndə eyni cinayətə görə mühakimə olunan dostu Qiyas İbrahimov heç bir səbəb olmadan Türkiyədən deportasiya edildi. Ona bir daha Türkiyəyə girə bilməyəcəyi bildirildi. Bundan bir müddət sonra isə İstanbulda Bayram Məmmədovun cəsədi tapılır. Dostları daha öncə onun MİT tərəfindən izlənildiyini və bir dəfə İstanbul Hava Limanında bir məmur tərəfindən dindirildiyini söyləyir”.

Murat Çepni daha sonra bildirib ki, Bayram Məmmədov Azərbaycanın ictimaiyyəti tərəfindən dəstəklənir. Hərəkətləri bir çox ölkədə izlənilir. Ölümündən sonra Azərbaycan mətbuatı onun intihar etdiyini tirajlayır. Bununla onun ölümünün ört-basdır edildiyinə inanılır”.

Çepni Məmmədovun ölümü ilə əlaqədar ətraflı araşdırmalar aparılmasını və bununla da şübhələrin aradan qaldırılmasını tələb edib.

Bundan sonra Bayram Məmmədovun ölümü ilə bağlı 9 sual səsləndirib:

  1. Fəal Bayram Məmmədovun şübhəli ölümü ətraflı araşdırılacaqmı? Hadisəni törədənlər müəyyən edilərsə, ictimaiyyət bu barədə məlumatlandırılacaqmı?
  2. Polis İdarəsi niyə ilk hesabatında Bayram Məmmədovun ölümünü "şübhəli ölüm" kimi təsvir etməyib?
  3. Polis İdarəsi Məmmədovun başmaqlarının arxasınca dənizə atıldığını necə aşkar edib? Bunun təhlükəsizlik kameralarında görüntüləri varmı? Hadisənin şahidləri arasında polis məmuru olduğu iddia olunur, doğrudurmu?
  4. Bu hadisədə səhlənkarlıq etdiyi iddia edilən polis və Sahil Təhlükəsizlik əməkdaşlarına qarşı istintaq açıldımı?
  5. Yaxınları deyir ki, Bayram Məmmədov ölümündən əvvəl ailəsinə zəng edərək Bakıya gələcəyini bildirib. Bu, Polis İdarəsinin ("intihar edən") ilk açıqlamasına zidd deyilmi?
  6. Məmmədovun MİT tərəfindən izlənildiyi və bundan əvvəl İstanbul Hava Limanında bir məmur tərəfindən dindirildiyi iddiası var. Bu iddia araşdırılacaqmı?
  7. Məmmədovun ölümü ilə bağlı Azərbaycan hökuməti ilə görüş olubmu? Hadisənin bütün aspektlərini araşdırmaq üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq edilibmi?
  8. 2015-ci ildən 2021-ci ilin mayınadək Türkiyədən neçə Azərbaycan vətəndaşı deportasiya edilib? Deportasiyanın səbəbləri nədir? Bunlardan neçəsi Azərbaycanda cəza çəkənlərdir?
  9. 2015 – 2021-ci illər arasında Türkiyədə yaşayan neçə Azərbaycan vətəndaşı şübhəli şəkildə ölüb? Neçə Azərbaycan vətəndaşı intihar edib?

Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı. Yaxınları onun Avropada təhsil almaq üçün hazırlaşdığını deyirlər. Onun ölümü haqda məlumat mayın 4-də, gecə saatlarında yayılıb.

Dostları deyir ki, mayın 2-dən etibarən gənc fəaldan xəbər ala bilməyiblər. Onun harada olması haqqında məlumatları olmayıb. Axtarış üçün polisə müraciət etdikdə isə onun ölüm xəbərini alıblar. Onun cəsədinə yaxınları tərəfindən baxış keçirilməyib. Yalnız cəsədin fotosu polis tərəfindən dostlarına göstərilib və Bayram Məmmədov olduğu təsdiqlənib.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” və “Fuck the system” sözləri yazdıqdan sonra həbs olunub. Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib. Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.

Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar. Bundan sonra da Bayram Məmmədov ictimai fəallığına görə sutkalıq həbs cəzası çəkib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/e9y64r

Самое читаемое