Bayram Məmmədov yenidən həbs edildi

Источник: Fərqanə Novruzova

Оглавление: Bayram Məmmədov yenidən həbs edildi

Bayram Məmmədov yenidən həbs edildi

Статья обновлена:  30 Март 2019

Martın 17-də Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı ilə azadlığa buraxılan "heykəl məhbusu" Bayram Məmmədov yenidən saxlanılıb. Yaxıınlarının məlumatına görə, o, polisə müqavimət göstərməkdə ittiham edilərək, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası alııb.

Bayram Məmmədovun atasının yanında saxlanıldığı, heç bir izahat verilmədən Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə aparıldığı bildirilir.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il, mayın 10-da – Heydər Əliyevin büstünə “Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra saxlanılıb. İttihama görə, hər iki gəncin üzərindən və evindən külli miqdarda heroin aşkarlanıb.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər, bildiriblər ki, həbslərinə səbəb yazdıqları şüardır. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilmişdi. Martın 16-da İlham Əliyev Əfv Sərəncamı imzalayıb. Əfv olunan 339 nəfərin 51-i beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərdir.

Sərəncamın imzaladığı günün səhərisi azadlığa çıxanlardan daha biri - Elgiz Qəhrəmanın da yenidən polis təzyiqinə məruz qaldığı bildirilir. Belə ki, yaxınlarının sözlərinə görə, gənc fəalın sərnişin kimi mindiyi avtomobil saxlanılıb və içərisində axtarış aparılıb. Onlara silah-sursat axtarıldığı bildirilib.

NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman 2016-cı ilin keçən ilin avqustunda həbs olunub. Onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. E.Qəhrəman 5, 6 il azadlıqdan məhrum edilmişdi.

Fəallar bunu özlərinə qarşı təzyiq kimi qiymətləndirirlər.

İlham Əliyevin son Əfv Sərəncamı bir sıra hüquq müdafiəçiləri tərəfindən müsbət addım kimi dəyərləndirilirdi. Hesab olunurdu ki, bu addımlar ölkədə siyasi məhbus probleminin həllinə yönəlikdir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  30 Март 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/zm336v

Самое читаемое