Bayden: Erməni xalqı Qarabağda əməliyyatlar zamanı təhdidlərlə üzləşib

O, ölkəsinin Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsi istiqamətində tədbirləri davam etdirəcəyini qeyd edib.

Source: Specify Source


"ABŞ erməni əsirlərin azad edilməsi üçün səyləri davam etdirir"

ABŞ prezidenti Cozef Bayden Ermənistanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar Baş nazir Nikol Paşinyana təbrik məktubu göndərib.

Məktubda Qarabağ münaqişəsinin nizamlanmasına toxunan ABŞ prezidenti erməni əsirlərin azad edilməsinə dəstək vəd

edib

.

Bayden yazır ki, Ermənistan xalqı Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı təhdidlərlə üzləşib: "Bu da faciəvi itkilərə səbəb olub. Biz erməni xalqının acısına ortaq olaraq, ATƏT-in Minsk Qrupu formatında və digər regional formatlarda regional sabitliyin təmin edilməsi və münaqişənin nizamlanması üçün Ermənistan hökuməti ilə birgə işləyəcəyik”.

O, ölkəsinin Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsi istiqamətində tədbirləri davam etdirəcəyini qeyd edib.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ermənistan 2021-ci ilin fevral ayında Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edərək 240 nəfər iddia olunan hərbi əsir və mülki saxlananın məsələsini Azərbaycan qarşısında qaldırmağa çağırıb.

Avropa İnsan Haqları Məhkəməsi bu şəxslərdən 58-nin 2020-ci ilin dekabrında və 2021-ci ilin yanvarında geri qaytarıldığını (onlardan 7 nəfərin öldüyünü) qurumun Nazirlər Komitəsinə bildirib.

AİHM-ın bildirişində qeyd olunur ki, Ermənistanın əsir kimi iddia etdiyi 249 ermənidən 72 nəfəri hələ də Azərbaycanda saxlanılır: "Azərbaycan hökuməti qalan 112 şəxslə əlaqədar olaraq, onları əsirlərin arasında müəyyənləşdirə bilmədiklərini iddia edir".

Ana səhifəDünyaBayden: Erməni xalqı Qarabağda əməliyyatlar zamanı təhdidlərlə üzləşib