Baş ravvin dindarları Qərb divarını öpməkdən çəkinməyə çağırıb

“İbadət edənlər bir-biriləri arasında gigiyena qaydalarına riayət etməlidirlər”

Source: google


“İbadət edənlər bir-biriləri arasında gigiyena qaydalarına riayət etməlidirlər”

“Dindar yəhudilər Qərb divarının daşlarını öpməkdən çəkinməlidirlər”, Yerusəlimin baş ravvini bazar ertəsi günü deyib. “Reuters” xəbər verir ki, dini qurumlar bu bəyanatı koronavirusun yayılmasının qarşısını almaq üçün gördüyü tədbirlərə əlavə olaraq edib.

Yəhudilər Qərb divarının önündə kütləvi şəkildə dua edir və tez-tez yazılmış duaları daşların arasındakı çatlara doldururlar. Divarı öpmək ritual tələb deyil, bəzi dindar yəhudilər bunu Allaha hörməti olaraq edirlər.

Yəhudilərin ən müqəddəs yeri olan Qərb divarı 2000 il əvvəl Böyük Herod tərəfindən inşa edilən və eramızın 70-ci illərində romalılar tərəfindən dağıdılan İkinci Məbədin qalığı hesab edilir.

Keçən həftə İsrailin baş ravvini yəhudi ibadətçilərini koronavirus qorxusu səbəbiylə Qərb divarından uzaq durmağa çağırıb, lakin bəzi yəhudilər dua etmək üçün əraziyə getməyə davam edirlər.

“Qərb divar daşlarını öpməyin”, – bazar ertəsi günü Şmuel Rabinoviç (Rabinowitz) qeyd edib.

“İbadət edənlər bir-biriləri arasında “düzgün məsafəni” saxlamalı və “gigiyena qaydalarına riayət etməlidirlər”,- o deyib.

Bazar günü müsəlman hakimiyyəti Əl-Aqsa məscidinin bir sonrakı xəbərdarlığa qədər bağlanmasını əmr edib və ibadət edənlərdən məscidin açıq məkanlarında dua etmələrini məsləhət görüb.

İsrail bu günə qədər 255 təsdiqlənmiş koronavirus halı, işğal etdiyi Vest Bənkdə isə 39 hadisənin olduğunu bildirib. Qəzza zolağında hadisələr barədə məlumat yoxdur.

Ana səhifəDünyaBaş ravvin dindarları Qərb divarını öpməkdən çəkinməyə çağırıb