Bank kartlarından 85 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı sakini kibercinayətkarlıqda ittiham edilir

Source:


Bakı sakini kibercinayətkarlıqda ittiham edilir

Xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 min manat mənimsəmək ittihamı ilə Bakı sakini Səddam Nəzərli saxlanılıb.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Xəbərdə deyilir ki, kibercinayətkarlıqla bağlı informasiya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olub.

“S.Nəzərli Baş İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinərək, saxlanılıb. O, əvvəllər Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunub”, məlumatda deyilir.

Xəbərdə deyilir ki, baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.

“Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub. Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) masddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.

Ana səhifəXəbərlərBank kartlarından 85 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb