Источник: Meydan Tv

Bakıda daha 13 Ermənistan vətəndaşının məhkəməsi başlayıb

Prosesə yalnız əvvəlcədən müəyyənləşdirilmiş media orqanlarının, yerli telekanalların əməkdaşları buraxılıb

Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşlarından daha 13 nəfərin mühakiməsi başlayıb. Onlar iyunun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

Yenə məhkəməyə konkret siyahı əsasında, əvvəlcədən müəyyənləşdirilmiş media orqanlarının, yerli telekanalların əməkdaşları buraxılıb. Meydan TV-nin əldə etdiyi məlumata görə, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesinə sədrlik edən hakim Faiq Qəniyevlə təqsirləndirilən şəxslər arasında sual-cavab erməni dilindən Azərbaycan dilinə tərcümə edən iki tərcüməçi vasitəsilə aparılıb.

Anket məlumatları dəqiqləşdiriləndən sonra təqsirləndirilən şəxslərə dövlət hesabına təyin edilmiş vəkillər onların həbs müddətilə bağlı vəsatət qaldırıblar. Vəkillər bildirib ki, təqsirləndirilən şəxslər dekabrın 13-də saxlansalar da, onların həbs müddəti 2021-ci ilin fevral-mart aylarından hesablanıb. Müdafiəçilər həbsdə saxlanma müddətinin dekabrdan hesablanmasını istəyiblər.

Prokuror vəsatətə etiraz edərək bildirib ki, onlar dekabrda saxlansalar da, dindirmələr fevral-mart aylarında aparılıb. Həmin vaxt təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində həbs qətimkan tədbiri seçilib. Bu üzdən həbs müddəti də o vaxtdan hesablanmalıdır.

Faiq Qəniyevin sədrlik etdiyi, Mirzə Xankişiyev və İlham Mahmudovdan ibarət hakimlər kollegiyası da vəsatəti təmin etməyib. Hakimlər də hesab edib ki, həbs müddəti elə fevral-mart aylarından hesablanmalıdır.

Ermənistan vətəndaşlarının işi üzrə məhkəmə baxışı iyulun 1-nə təyin olunub. Qərar verilib ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxsa da, proses Bakı Apelyasiya Məhkəməsinin binasında keçirilsin.

Ermənistan vətəndaşları Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz silah-sursat saxlama), 279 (qanunsuz silahlı birləşmələrin tərkibində basqın) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittiham olunur.

Hazırda Bakıda məhkəmələrdə Ermənistan vətəndaşlarının işilə bağlı ayrı-ayrılıqda bir neçə məhkəmə prosesi gedir. Onların arasında vaxtilə əsirlikdə olmuş azərbaycanlılara işgəncə verməkdə ittiham olunanlar da var. Onlar ittihamları qəbul etmədiklərini, yalnız sərhədi qanunsuz keçmə maddəsi üzrə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/vq6fnd

Самое читаемое