Bakıda Beynəlxalq Tanqo Festivalı keçiriləcək

Argentinanın Azərbaycandakı səfirliyi tərəfindən noyabrın 29-dan dekabrın 1-dək reallaşacaq festivalda dünya şöhrətli rəqs ustaları çıxış edəcəklər.

Source: Foto: arxiv


Festivalda dünya şöhrətli rəqs ustaları çıxış edəcəklər

Bakıda artıq üçüncü dəfədir keçiriləcək Beynəlxalq Tanqo Festivalının vaxtı məlum olub.

Argentinanın Azərbaycandakı səfirliyi tərəfindən noyabrın 29-dan dekabrın 1-dək reallaşacaq festivalda dünya şöhrətli rəqs ustaları çıxış edəcəklər.

Festivalın xüsusi qonaqları arasında dünya çempionları – Auqustina Piaccio və Maksim Gerasimov, Avropa çempionları – Sesiliya Akosta ilə Levan Qomelauri olacaq.

Həmçinin festival çərçivəsində məşhur bandoneon ustası Viktor Hüqo Vilena və mahir gitaraçı Lautaro Tissera tərəfindən də konsertlər veriləcək.

Festival öncəsi, noyabrın 8-də saat 17:00-da “İçərişəhər” metrostansiyasında Bakı sakinləri üçün yerli peşəkar tanqo ifaçıları tərəfindən şou təqdim olunacaq.

Ana səhifəMədəniyyətBakıda Beynəlxalq Tanqo Festivalı keçiriləcək