“Baharın on yeddi anı” filminin qəhrəmanı vəfat edib

Yekaterina Qradova 1980-ci ildə kino və teatrdan uzaqlaşıb.

Source: Ria novosti


Yekaterina Qradovanın ölüm səbəbi hələ məlum deyil

“Baharın on yeddi anı” çoxseriyalı bədii filmi ilə məşhurlaşan sovet teatr və kino aktrisası Yekaterina Qradova 75 yaşında vəfat edib.

Bu haqda məlumatı teleaparıcı Andrey Malaxov “twitter” hesabında yazıb.

Aktrisanın ölüm səbəbi hələ məlum deyil.

Yekaterina Qradova 1980-ci ildə kino və teatrdan uzaqlaşıb.

Xeyriyyə fondu təsis edərək, yetim uşaqlara və kimsəsiz qocalara yardım göstərib.

“Baharın on yeddi anı” filminin ssenari müəllifi Yulian Semyonov, rejissoru Tatyana Lioznovadır.

Filmdə baş rolda (Ştirlis) aktyor Vyaçeslav Tixonov çəkilib.

Ana səhifəMədəniyyət“Baharın on yeddi anı” filminin qəhrəmanı vəfat edib