Babadan qalan sənət

Şahin usta öz evinin kiçik bir hissəsində emalatxana hazırlayıb ki, vaxtının çox hissəsini də burada keçirir

Şahin usta öz evinin kiçik bir hissəsində emalatxana hazırlayıb ki, vaxtının çox hissəsini də burada keçirir

Şahin Həsənov Zaqatalanın Tala kəndində dülgər işləyir. Gənc olmasına baxmayaraq, artıq Talada və digər yaxın kəndlərdə kifayət qədər tanınır. Dülgərlik Şahin usta üçün sözün həqiqi mənasında ata-baba sənətidir. Çünki onun babası və atası da kəndin sayılan dülgərlərindən olublar. Elə bu səbəbdəndir ki, Şahin ustanın dülgərliyə meyli uşaqlıqdan başlayıb.

Dediyinə görə, bir müddət Rusiyada çalışsa da, sonda doğma kəndinə qayıdıb və ailənin geniş taxta sexinə sahiblənib.

Şahin Həsənov deyir ki, müştəriləri ən çox qapı, pilləkən, masa sifariş verir. Elə müştərinin istəyinə uyğun olaraq da sifarişlərini gövrüc, şabalıd, şam və fıstıq ağaclarından düzəldə bilir. Bu əşyaları hazırlayarakən babası Məhəmməd kişinin dəzgahından istifadə edir:

"Babam bu dəzgahı 70-ci illərdə hazırlayıb. Dəzgahın 4 mühərriki var və eyni vaxtda 4 ayrı prosesi həyata keçirir". Xüsusən, qapı düzəldərkən bu dəzgah Şahin ustanın köməyinə gəlir. O, bütün işlərini köməkçisi olmadan görür:

"Köməkçi götürəndə gərək sənədləri qaydasında olsun. Ona görə götürmürəm. Bəzən atam kömək edir".

Sənətinin çətin tərəflərindən danışan gənc dülgər bu işin təhlükəli olduğunu, buna görə də, əksər gənclərin dülgər olmaqdan çəkindiyini deyir:

"Elə mən də iş qəzasında barmağımı kəsmişəm. Ülgüclər çox iti olduğundan, ani diqqətsizlikdən barmağını itirə bilərsən". Təhlükəyə baxmayaraq, Şahin usta işinə davam edir, sənətini başqalarına da öyrətmək istəyir:

"Mən universitet oxumuşam, amma gəlib sənəti davam etdirmək istədim. Düşündüm, gəlməsəm bəs bu sənətin axırı necə olsun?"

Şahin usta öz evinin kiçik bir hissəsində emalatxana hazırlayıb ki, vaxtının çox hissəsini də burada keçirir

Şahin usta öz evinin kiçik bir hissəsində emalatxana hazırlayıb ki, vaxtının çox hissəsini də burada keçirir

Şahin usta dəzgahda işləyərkən ehtiyatsızlıqdan barmağının bir hissəsini itirir

Şahin usta dəzgahda işləyərkən ehtiyatsızlıqdan barmağının bir hissəsini itirir

Hazırlanmış ağacı müxtəlif fiqurlara salmaq üçün istifadə olunan müxtəlif dişli mişarlar

Hazırlanmış ağacı müxtəlif fiqurlara salmaq üçün istifadə olunan müxtəlif dişli mişarlar

Yığılmış müxtəlif ölçülü taxtalar

Yığılmış müxtəlif ölçülü taxtalar

Köhnə qapıları yonaraq, müxtəlif əlavələr etməklə yeniləyir

Köhnə qapıları yonaraq, müxtəlif əlavələr etməklə yeniləyir

Dəzgahın üstünə yazılmış kəsiləcək ağacların ölçüləri

Dəzgahın üstünə yazılmış kəsiləcək ağacların ölçüləri

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/t4ayti

Самое читаемое