Azərbaycanda koronavirusdan daha bir nəfər ölüb

Eyni zamanda, koronavirus infeksiyasına yoluxan 38 nəfərin sağalaraq evə buraxıldığı bildirilib.

Source: google.az


Prezident TƏBİB-ə 97 milyon manat pul ayırıb


Nazirlər Kabineti

yanında Operativ Qərargah aprelin 9-da daha bir Azərbaycan vətəndaşının koronavirus infeksiyasından ölməsi barədə xəbər verib.

Bildirilir ki, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949-cu il təvəllüdlü, şəkərli diabet və xərçəng xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Onun ailə üzvləri, ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Bundan başqa, 104 nəfərdə koronavirus infeksiyası müəyyən edilib.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxan 38 nəfərin sağalaraq evə buraxıldığı bildirilib.

Hazırda Azərbaycanda 926 nəfərin koronavirus infeksiyasına yoluxduğu bildirilib:

“Onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər ölüb, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ümumilikdə 57 371 test aparılıb”.

Koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsi üçün isə Prezident

İlham Əliyev

“Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb.

Ana səhifəSosialAzərbaycanda koronavirusdan daha bir nəfər ölüb