Azərbaycanlıların Kullardan vətənə gəlməsi hərbi əməliyyatlara görə ləğv olunub

Bu gün sərhəd zonasından Azərbaycana bu ölkənin növbəti vətəndaş dəstəsinin göndərilməməsini “Kavkazski uzel”in müxbirinə Rusiyanın Dağıstan üzrə FHN-nin Baş idarəsinin nümayəndəsi xəbər verib.

Source: Архив


“Düşərgə 360 adam üçün nəzərdə tutulub, hazırda orda 350 adam yerləşdirilib, onlardan 13-ü qadın, 2-i uşaqdır”

Qarabağ münaqişəsi zonasında gedən hərbi əməliyyatlarla əlaqədar olaraq Dağıstanda yerləşən azərbaycanlıların növbəti transsərhəd reysi bu gün ləğv edilib. Sərhəd ərazisində 600-dən çox adam var, – Dərbənd rayon administrasiyasında xəbər veriblər.

“Kavkazski uzel”in yazdığı kimi, koronavirusla əlaqədar sərhədlər bağlandığından, Vətənə qayıda bilməyən azərbaycanlılar Dağıstanın Kullar kəndi yaxınlığında təşkil olunmuş müvəqqəti sığınacaq məntəqəsinə yerləşdiriliblər. Düşərgə sakinlərini və ora yeni gələn azərbaycanlıları hər həftənin çərşənbə axşamları dəstə-dəstə evə göndərirdilər. Sentyabrın 22-də vətənə 460 adam yollanıb, daha 700-ü öz növbəsini gözləyib.

Sentyabrın 27-də Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar başlayıb. Sentyabrın 28-dən Azərbaycanda hərbi vəziyyət elan olunub. Qarabağ münaqişəsinin yeni dalğasının mühüm fərqi ondadır ki, hazırda döyüşlər bütün cəbhə xətti gedir. Bundan başqa, tərəflər hərbi vəziyyət və səfərbərlik elan edib.

Bu gün sərhəd zonasından Azərbaycana bu ölkənin növbəti vətəndaş dəstəsinin göndərilməməsini “Kavkazski uzel”in müxbirinə Rusiyanın Dağıstan üzrə FHN-nin Baş idarəsinin nümayəndəsi xəbər verib.

“Düşərgə 360 adam üçün nəzərdə tutulub, hazırda orda 350 adam yerləşdirilib, onlardan 13-ü qadın, 2-i uşaqdır. Yola salınmanı bu gün Azərbaycan ərazisindəki vəziyyətlə bağlı həyata keçirməyiblər”, – qurum nümayəndəsi qeyd edib.

“Hazırda sərhəd zonasında 600-dən çox adam var”, – Dərbənd rayon administrasiyasının mətbuat xidmətinin nümayəndəsi “Kavkazski uzel”in müxbirinə xəbər verib. O, eyni zamanda təsdiqləyib ki, bu gün azərbaycanlıların sərhəd ərazisində Azərbaycana göndərilməməsi həmin ölkədəki gərgin vəziyyətlə əlaqədar baş tutmayıb.

“Azərbaycana növbəti reysin ləğvi barədə Kullar düşərgəsi sakinlərinə hələ dünən, sentyabrın 28-i xəbər verilib”, – Moskva vilayətində Azərbaycanlıların Milli-mədəni avtonomiyasının nümayəndəsi Afiq Allahverdiyev “Kavlazski uzel”in müxbirinə söyləyib.

Onun dediyinə görə, bu xəbər düşərgədə olan azərbaycanlılar arasında ciddi etiraza səbəb olub, belə ki, adamlar “evlərinə getmək istəyirlər”. Allahverdiyev gündəlik reyslərin hansı müddətə təxirə salındığını bilmir. O hesab edir ki, hər şey Qarabağ münaqişə zonasındakı hərbi əməliyyatların müddətindən asılı olacaq.

Ana səhifəSiyasətAzərbaycanlıların Kullardan vətənə gəlməsi hərbi əməliyyatlara görə ləğv olunub