Gömrük Komitəsi: İran vətəndaşları geri qaytarılmayıb (yenilənib)

Bu, narazılığa səbəb olub, İranla Azərbaycan arasında münasibətləri gərginləşdirib.

Source: Specify Source


22.00.


Dövlət Gömrük Komitəsi iranlı sürücülərin buraxılması haqqında məlumatı təkzib edib. Komitə bu barədə yaydığı



məlumat



da qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanları tərəfindən saxlanılan İran İslam Respublikasının vətəndaşları olan sürücülərin öz ölkələrinə qaytarılmaları barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb:


"İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdar Ermənistandan Azərbaycanın Xankəndi şəhərinə malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə ediblər. Onlar Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçiblər. Habelə Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinin müəyyən edilməsi faktına görə 16 sentyabr tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 və 318.2-ci maddələri ilə cinayət işi başlanılıb və istintaqı aparılır".

***


Rəsmi açıqlama verilməyib

Azərbaycan tərəfindən saxlanılan iranlı sürücülər sərbəst buraxılıb. Məlumatı “Bloomberg”ə istinadən

yayıb

.

Yük maşını sürücüləri Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində saxlanılıblar. Azərbaycan tərəfi öz ərazisindən keçərək Ermənistana yük daşıyan maşınların vergi ödəməsini tələb edib. Bu, narazılığa səbəb olub, İranla Azərbaycan arasında münasibətləri gərginləşdirib.

Azərbaycan rəsmiləri bu barədə açıqlama verməyib.

Ana səhifəSiyasətGömrük Komitəsi: İran vətəndaşları geri qaytarılmayıb (yenilənib)