Azərbaycanın daha 5 nəfəri Ermənistana təhvil verdiyi bildirilir

“Həmin erməni hərbçilər Azərbaycan Ordusuna qarşı ağır cinayətlər və zorakılıq əməlləri törətmədiklərinə görə geri qaytarılıb”

Source: Telegram


“Həmin erməni hərbçilər Azərbaycan Ordusuna qarşı ağır cinayətlər və zorakılıq əməlləri törətmədiklərinə görə geri qaytarılıb”

Azərbaycanda saxlanılan 5 erməni hərbçinin Ermənistana təhvil verildiyi bildirilir. “Sputnik Armenia” yazır ki, oktyabrın 19-da 5 erməni əsiri olan təyyarə Bakıdan Yerevana

uçub

.

Azərbaycan tərəfi bununla bağlı rəsmi açıqlama verməyib. APA mənbələrinə istinadən yazır ki, həmin erməni hərbçilər Azərbaycan Ordusuna qarşı ağır cinayətlər və zorakılıq əməlləri törətmədiklərinə görə geri

qaytarılıb

.

Bu, Azərbaycan tərəfinin növbəti humanitar addımı kimi qiymətləndirilir.



Sputnik Armenia

” geri qaytarılan 5 nəfərin adını da qeyd edib: Mels Ambardanyan, Rafiq Karapetyan, Jora Manukyan, Hovsep Manukyan, Sədrak Soğomonyan.

Sonuncu dəfə sentyabrın 7-də Artur Nalbandyan və Aramais Torozyan Ermənistan tərəfinə qaytarılıb. Hər iki hərbçinin iyulun 14-də səhər saatlarında Ermənistanın Syunik bölgəsindəki Qaragöl yaxınlığında saxlanıldığı bildirilir. Onlar erməni tərəfindən saxlanılan azərbaycanlı hərbçi Cəmil Babayevlə

dəyişdiriliblər

.

Cəmil Babayev avqustun 25-də Ağdərə (Martakert ) şəhərinin Teryan küçəsindəki mənzillərdən birində tapılıb. Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda

bildirilirdi

ki, orduda müddətdən artıq xidmət edən Cəmil Natiq oğlu Babayev Gəncə hospitalının psixiatriya şöbəsini özbaşına tərk edib. O, daha sonra rusiyalı sülhməramlıların nəzarət etdiyi əraziyə keçib.

Ermənistanın İstintaq Komitəsindən verilən məlumata görə, müharibə bitdikdən sonra Bakı 108 hərbi əsiri təhvil verib. Onların çoxu Rusiya tərəfinin köməyi ilə vətənlərinə qaytarılıb. Ermənistan hakimiyyət orqanlarının məlumatına görə, əsir və girov götürülənlərin sayı təxminən 70 nəfərdir.

Sentyabrın 27-də Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatlar başladı.

44 gün sürən əməliyyat nəticəsində (noyabrın 9-dək) Azərbaycan tərəfi 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqladı.

Azərbaycan tərəf müharibədən sonra bildirdi ki, 44 günlük əməliyyat zamanı ölkənin 100-ə yaxın dinc sakini ölüb, 400-dək adam yaralanıb. Müharibə dövründə 40 mindən çox insan köçkün düşüb.

2020-ci ilin dekabrında n “Human Rights Watch” Dağlıq Qarabağ müharibəsi ilə bağlı iki hesabat yayıb. Həmin hesabatlarda bildirilir ki, hər iki tərəf müharibə cinayətləri törədib, mülki əhali arasında ölən və yaralananlar

var

.


Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Ana səhifəSiyasətAzərbaycanın daha 5 nəfəri Ermənistana təhvil verdiyi bildirilir