Azərbaycandan pul almaqda ittiham olunan alman deputat Avropa Şurasından çəkilir

Daha bir deputat ''kürü diplomatiyasının'' qurbanı oldu 

Almaniyanın Xristian Demokrat Partiyasının (CDU) Qərbi Meklenburgdan olan Bundestag deputatı Karin Strenz işinin yetərincə qiymətləndirilməməsini əsas gətirərək artıq İnsan Hüquqları Qrupunda (Gremium) iştirak etmək istəmədiyini bildirib. 

Deputat  öz Facebook səhifəsində bildirib ki, ona qarşı bu münasibət xüsusilə Avropa Şurasının digər alman deputatları tərəfindən nümayiş etdirilir.

Karin Strenz 2009-cu ildən bu qrupun üzvü olub. 

Almaniya mətbuatı əsasən, deputatın “Facebook” açıqlaması belə bir təəssürat yaradır ki, Avropa Şurasında bundan sonra fəaliyyət göstərmək istəməməyi guya onun öz tərəindən verilmiş qərardır, halbuki İttifaq fraksiyası hələ 2017-ci ilin oktyabrında “Karin Strenzin artıq Avropa Şurası parlament yığıncaqlarına namizəd olaraq irəli sürməyəcəyini” bildirmişdi. 

Bu açıqlamaya əsasən, Karin Strenz üçün növbəti dəfə namizədliyini irəli sürsə fraksiyanın dəstəyini almayacaq.

Almaniyanın məşhur mətbu orqanları Süddeutsche, ARD Magazin, “Report Mainz” K.Strenz barədə korrupsiya iddiaları irəli sürür. 

K.Strenzin Azərbaycandan lobbi işini həyata keçirməsi məqsədilə bir firmadan müəyyən məbləğdə vəsait alması iddia olunur.  Bundan əvvəl K.Strenzin Azərbaycandan heç bir ödəniş almadığnı bəyan edib.

K.Strenzin istefası Avropa Şurasından Azərbaycanın “kürü diplomatiyası” adı altında qalmaqalın dalğasında növbəti istefa hesab olunur. Qalmaqal Avropa Şurası Parlament Assosiasiyasının keçmiş vitse-prezidenti italiyalı deputat Luka Volontenin Azərbaycandan 2,4 milyon avro məbləğində rüşvət alma ittihamları ilə bağlı Qərb mediasında dərc olunan məlumatlardan sonar başlayıb. 

İstintaq ifadə verən deputat bir sıra avropalı və azərbaycanlı siyasətçi, deputatların adını çəkib.  

Onun ifadələri AŞPA prezidenti Pedro Aqramuntun istefası ilə nəticələnib.

2018-ci ilin yanvarında Azərbaycanın AŞPA nümayəndə heyətinin tərkibində dəyişiklik edilərək, qalmaqalda adları hallanan deputatlar Elxan Süleymanov və Müslüm Məmmədov digərləri ilə əvəz ediliblər. 

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/gc1bak

Самое читаемое