Azərbaycanda koronavirusa yoluxma sayı artdı

Bir nəfər həyatını itirib

Source: Meydan TV


Bir nəfər həyatını itirib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 127 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 1 nəfər ölüb.

Bu, ötən günlə müqayisədə çoxdur. Belə ki, iyulun 6-da ölkədə 78 nəfər virusa

yoluxub

.

İndiyədək ölkədə ümumilikdə 336 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 567 nəfər müalicə olunaraq sağalıb, 4979 nəfər vəfat edib, aktiv xəstə sayı 1138 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 025, ötən müddət ərzində isə ümumilikdə 3 813 017 test aparılıb.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirusa yoluxma sayı artdı