Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

Bir gün öncə yoluxma sayı 128 idi.

Source: Reuters


İki nəfər həyatını itirib

Sentyabrın 28-də Azərbaycanda 38 adam COVİD-19 infeksiyasına yoluxub, 70 nəfər sağalıb, 2 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gün öncə yoluxma sayı 128 idi.

Bildirilib ki, Azərbaycanda indiyə qədər 40 min 61 nəfər yeni koronavirus infeksiyasına yoluxub:

"Onlardan 37 min 725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib. Aktiv xəstə sayı 1748 nəfərdir".

Operativ qərargah ötən müddətdə 1 milyon 104 min 783 testin aparıldığını qeyd edib: "Bugünkü test sayı isə 2382-dir".

Ana səhifəSosialAzərbaycanda koronavirusa yoluxanların sayı azaldı