Azərbaycanda koronavirusa yeni yoluxma: 1099 nəfər

“Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 274, ötən müddət ərzində isə ümumilikdə 4 814 503 test aparılıb”

Source: Meydan TV


18 nəfərin vəfat etdiyi bildirilir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 099 yeni yoluxma faktı qeydə alınıb, 2 404 nəfər müalicə olunaraq sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 479 814 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 449 047 nəfər müalicə olunaraq sağalıb, 6 433 nəfər vəfat edib, aktiv xəstə sayı 24 334 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 274, ötən müddət ərzində isə ümumilikdə 4 814 503 test aparılıb".

Məlumata görə, ötən sutka ərzində koronavirus əleyhinə 65 861 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 643, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 218 nəfərdir.

Operativ Qərargah qeyd edib ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 8 293 590, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 700 096, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 593 494 təşkil edir.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa yeni yoluxma: 1099 nəfər