Azərbaycanda koronavirusa gündəlik yoluxma artdı

“Bugünkü test sayı isə 13777-dir”.

Source: Meydan TV


2197 nəfərin virusa yoluxduğu bildirilir

Aprelin 20-də Azərbaycanda 2197 adam COVİD-19 virusuna yoluxub, 1946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda analiz nümunələri müsbət çıxan 34 nəfərin vəfat etdiyi göstərilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 303858 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 267 min 485 nəfər müalicə olunaraq sağalıb, 4203 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 32170 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 3 milyon 128 min 656 testin aparıldığı qeyd olunub: "Bugünkü test sayı isə 13777-dir".

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa gündəlik yoluxma artdı