Operativ Qərargah: "445 nəfər sağalıb"
İyulun 3-də Azərbaycanda 128 adam COVİD-19 infeksiyasına yoluxub, 445 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Deyilir ki, analiz nümunələri müsbət çıxan 3 pasiyent vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 334 min 416 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 325 min 863 nəfər müalicə olunaraq sağalıb, 4929 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 3624 nəfərdir".
O cümlədən, ötən müddətdə 3 milyon 542 min 35 testin aparıldığı göstərilib: "Bugünkü test sayı isə 9563-dür".