Azərbaycanda koronavirus: 101 yeni yoluxma

2 xəstə vəfat edib

Source: Архив


2 xəstə vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 787 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 37 392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 1 812 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 705, bu günə qədər isə ümumilikdə 1 087 578 test icra olunub.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 101 yeni yoluxma