Azərbaycanda koronavirus: 1157 yoluxma, 31 ölüm

“Hazırda aktiv xəstə sayı 42 646 nəfərdir”

Foto: Meydan TV

"3065 nəfər sağalıb"

Sentyabrın 13-də Azərbaycanda 1157 adam COVİD-19 infeksiyasına yoluxub, 3065 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada analiz nümunələri müsbət çıxan 31 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 461 249 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 412 469 nəfər müalicə olunaraq sağalıb, 6 134 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 42 646 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 123, ötən müddətdə isə 4 661 119 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1157 yoluxma, 31 ölüm