Milli Məclis

Источник: Meydan TV

Başlıq: Milli Məclis

Azərbaycanda hərbi vəziyyət rejimi elan edildi

Milli Məclis bununla bağlı Prezidentin fərmanını təsdiqlədi

Milli Məclisin növbədənkənar iclasında Azərbaycan Respublikasında hərbi vəziyyət rejimi elan olunması haqqında Prezident İlham Əliyevin Fərmanının təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra parlament Fərmanın təsdiq edilməsi ilə bağlı qərar qəbul edib.

Fərmana əsasən, 28 sentyabr 2020-ci il tarixindən, saat 00.00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilir.

Həmin tarixdən etibarən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, həmçinin Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan,Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax, Ağstafa rayonlarında saat 21:00-dan 06:00-dək kommendant saatı tətbiq edilir. Yalnız xüsusi icazə ilə bayıra çıxmaq mümkün olacaq.

Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan edilməsi üçün əsaslar aşağıdakılardır:

- Ölkə ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə;

- Xarici dövlət və ya dövlətlər Azərbaycana müharibə elan etdikdə;

- Azərbaycana qarşı real silahlı hücum təhlükəsi yarandıqda;

- Azərbaycan ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda.

"Hərbi vəziyyət haqqında" Qanuna əsasən, hərbi vəziyyətin elan edilməsinin əsas məqsədi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların üzərinə düşən vəzifələri yerinə yetirmək üçün zəruri şəraitin yaradılmasıdır.

Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Prezidentinin fərmanı imzalandıqdan sonra dərc edilir. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Prezidentinin fərmanı Milli Məclisi tərəfindən təsdiq edildikdə qüvvəyə minir.

Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Prezidentinin fərmanı qəbul edildikdən sonra 24 saat müddətində Milli Məclisinə təsdiq üçün təqdim edilir.

Azərbaycan Prezidentinin fərmanı Milli Məclisə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq Milli Məclisinin iclası keçirilir, iclasda fərmanın təsdiqi məsələsinə növbədənkənar baxılır və deputatların 63 səs çoxluğu ilə müvafiq qərar qəbul edilir.

Hərbi vəziyyətin elan edilməsi əsasları aradan qaldırıldıqda və bunun üçün yeni əsaslar yaranmadıqda hərbi vəziyyət ləğv edilir.

Qanunvericilikdə hərbi vəziyyət rejimində bir çox tədnirlər və məhdudiyyətlər tətbiq oluna bilər.

Bu məhdudiyyətlər sırasında aşağıdakılar da var:

- Yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması;

- Hərbi vəziyyətin elan olunduğu əraziyə (ərazilərə) xüsusi giriş-çıxış rejiminin tətbiqi və təmin edilməsi;

- Azərbaycan Respublikasına gəlmənin və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarının tətbiq edilməsi;

- Yaşayış və ya olduğu yeri seçmək hüququnun məhdudlaşdırılması;

- Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması;

- Komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədləri olmadan günün müəyyən edilmiş vaxtlarında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi;

- Kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi;

- Hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi;

- Cəbhəboyu zonada kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsi;

- Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan edildikdə, hərbi vəziyyət dövründə, həmçinin hərbi vəziyyət ləğv edildikdən sonra 3 ay müddətində referendum, seçkilər və ya yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz.

- Hərbi vəziyyət dövründə Milli Məclis Daxili Nizamnaməsinə uyğun olaraq iclaslarını davam etdirir.

- Hərbi vəziyyət dövründə və hərbi vəziyyət tətbiq edilən ərazidə ədalət mühakiməsini yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yaradılan və fəaliyyət göstərən məhkəmələr həyata keçirirlər.

Komendant saat dövründə insanların şəxsiyyət vəsiqələri və xüsusi sənədlər olmadan bayıra çıxması qadağan edilib.

Həmçinin nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi tədbirlərin görülməsi qərara alınıb. Daxili İşlər Nazirliyinə müvafiq tədbirlər görmək tapşırılıb. Hərbi vəziyyət dövründə mülkiyyət formasından asılı olmayaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılması Konstitusiyaya və qanunlara uyğun qaydada tətbiq ediləcək.

Müvafiq icazələrin alınması “ASAN Xidmət” mərkəzlərindən və Daxili İşlər Nazirliyi vasitəsilə həyata keçiriləcək.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/iwge37

Самое читаемое