Azərbaycanda hazırki vəziyyət SSRİ-nin son illəri ilə oxşardır

Azərbaycan aşkarlıqı bu gün cəmiyyəti və dövləti (cəmiyyətin təzyiqi altında) dəyişikliklərə sövq edən əsas amilə çevrilir.

Source: Foto: Turan İA



Sonuncu sovet lideri Mixail Qorbaçov 1985-ci ilin martında, Stalinin otuz illik müasirləşdirməsindən sonra ölkə iqtisadiyyatı totalitar maşının yığılmış resurslarını sərf edib, süstlük vəziyyətinə daxil olduğu bir vaxtda sükan arxasına keçdi.

Həmin vaxta dövlət sovet tarixinin əvvəlki böhran dövrlərində olduğu kimi, ərzaq talonlarına qayıtmışdı, bu da formalaşmış həyat tərzindən ümumi narazılıq yaratmışdı və dəyişikliklərə ictimai tələbat yaratmışdı.

Qorbaçovun ölkəni böhrandan çıxarmaq və iqtisadi və ictimai proseslərə yeni nəfəs vermək cəhdləri tamamilə əks nəticə verdi. Bu, əsasən gedən proseslərin kifayət qədər anlaşılmaması, böhran və ya inqilab vəziyyətlərində hərəkət üçün biliyin olmaması, dövlət aparatının rejimin uzun illər durğunluğu şəraitində artan sürəti həlledici amilə çevrilən dəyişikliklərə hazır olmaması səbəbindən baş verdi.

Sovetlər ölkəsinin mövcud olduğu son altı il can çəkişməyin parlaq nümunəsidir, amma Qorbaçov islahatının deyil. Mahiyyətcə, heç belə bir islahat olmayıb. İqtisadi, siyasi, ideoloji xarakterli, amma bir-biri ilə heç bir əlaqəsi olmayan kortəbii qərarlar olub. Qorbaçov SSRİ-ni böhrandan çıxaracağını düşündüyü üç əsas amilə istinad etdi:


  1. Sosial-iqtisadi dəyişikliklərin investisiya əsası kimi energetika kompleksinin inkişafı.

  2. Bütün dövlət maşınının və münasibətlərin idarəetməsinin yenidən qurulması.

  3. Dövlət plüralizmi – ictimai plüralizm sistemi kimi cəmiyyətin dövlət quruculuğuna cəlb edilməsinə və məmur aparatının cəmiyyət qarşısında məsuliyyətini artırmağa xidmət edən Aşkarlıq.

Birinci halda təməl uğurlu deyildi, dünyada enerji resurslarının qiymətinin kəskin düşməsi ilə əlaqədar, bəlkə də, uğursuz idi. Bu, sovet sənayesinin müasirləşdirilməsi üçün texnologiyanın və çoxişlənən malların alınmasını təmin etməyə imkan vermədi ki, cəmiyyətin rifahı bunların idxalından asılı idi.

Həm maliyyə, həm də texnologiya şəklində xarici kapitalın cəlb edilməsi məsələsində qətiyyətsizlik, müstəsna olaraq neft dollarlarına əsaslanan daxili resurslardan istifadə strategiyası sovet hökumətinin əsas və faciəvi səhvi oldu.

Qeyd etmək lazımdır ki, Çin islahatları ona görə dinamika qazandı ki, hökumət dövlət aparatı ilə əlaqəsi olmayan xarici kapitalın iştirakı ilə özəl sektor yaranmasına istinad edirdi. Məmurların biznesə cəlb edilməsinə və onlar tərəfindən biznesin inkişafına mane olunmasına ciddi nəzarət və cəza mexanizmi işə salınmışdı.

SSRİ-də əksinə, partiya-komsomol elitası biznes üzərində inhisar yaradaraq, dövlət resurslarının, təbii resursların və insan resurslarının istismarını öz şəxsi maraqlarına tabe etmiş məmur biznesmenlər hibridi yaratmışdı. Bu, sonrakı illərdə imperiyanın qalıqları üzərində müxtəlif sahələrin kiçik qrupun maraqları üçün inhisara alınmasına, kütlələrin yaradıcılıq və quruculuq prosesindən kənarlaşdırılmasına, əksər yeni dövlətlərin və cəmiyyətin tənəzzülünə gətirib çıxardı. Amma bu, artıq Qorbaçovun dövlət maşınını və idarəetməni dəyişdirməsinin nəticəsi idi.

Qorbaçovun elan etdiyi, informasiya plüralizmini və fikir azadlığını nəzərdə tutan, quruculuğa yönəlmiş aşkarlıq qətiyyətsizlik və sonrakı sosial-iqtisadi tənəzzül şəraitində insanların sovet rejiminə qarşı mübarizə üçün birləşməsi vasitəsinə çevrildi, burada fərdlər hakimiyyəti fəlakətlərinin və artıq təkcə sosial-iqtisadi deyil, həm də siyasi, milli, dini və digər fəlakətlərinin əsas təqsirkarı hesab edirdilər.

Beləliklə, Qorbaçovun aşkarlıqı insanların müxtəlif məqsədlər uğrunda mübarizəsinin əsas səfərbərlik amilinə çevrildi və son nəticədə xalq-dövlət, millət-millət, din-dövlət və s. səviyyələrdə açıq qarşıdurmalara gətirib çıxardı.

Faktiki olaraq dünyaya açıqlıq formalaşdırmaq, sosial-iqtisadi problemləri həll etmək və ictimai etirazları konstruktiv istiqamətə yönləndirmək iqtidarının olmaması inqilabların və ölkənin dağılmasının səbəbi oldu.


Azərbaycan

Azərbaycan təkcə hüquqi mənada deyil, təmayüllərinə görə də SSRİ-nin hüquqi varislərindən biri oldu. Yəni Qorboçovun əsasını qoyduğu təmayüllər rejimin mahiyyətində davamını tapdı və uzunmüddətli durğunluğun və hətta son üç ildə Azərbaycanın da SSRİ kimi asılı qaldığı enerji resurslarının qiymətlərinin ucuzlaşması nəticəsində geriləmənin səbəbi oldu.

Sonradan məmur və biznes maraqlarının birləşməsi məmur-oliqarxlar sinfinin formalaşmasına gətirib çıxardı, onlar dövləti əmələ gətirən siyasi, iqtisadi və ideoloji sahələri qəsb etdilər.

Eynilə qapalı dövlət doktrinasının formalaşmasını, xarici investisiyaların daxili bazara çıxışının bloklanmasını müşahidə etmək olar. Buna repressiv dövlət aparatının bərpası, fərqli düşüncə və azadlıqların boğulması əlavə olunub. Mahiyyətcə bu sistem sosial-iqtisadi böhran şəraitində cəmiyyətdə inqilabi əhval-ruhiyyənin formalaşmasının səbəbi olub.

Azərbaycanda hazırki vəziyyət SSRİ-nin son illəri ilə oxşardır, xalqa yuxarıdan bəxş edilmiş aşkarlıq aləti istisna olmaqla. Azərbaycan da, 80-ci illərdə SSRİ-nin yaşadığı kimi, aşkarlıq dövrü yaşayır, amma hazırki şəraitdə xalqa dünya informasiya şəbəkəsinin – İnternetin bəxş etdiyi aşkarlıq dövrünü. Sovet açıqlığından bu fərq bu alətin müstəsna olaraq xalqa məxsus olmasını təmin edir, avtoritarizmə qarşı mübarizədə səfərbərlik alətinə çevirir. Azərbaycan aşkarlıqı bu gün cəmiyyəti və dövləti (cəmiyyətin təzyiqi altında) dəyişikliklərə sövq edən əsas amilə çevrilir.

Hətta Maoist Çinin açıq qapı siyasəti elan etməsindən 7 il sonra, 80-ci illərin ortalarında belə Kreml ağsaqqalları qapalı iqtiadiyyat və qapalı cəmiyyət ehkamlarından bərk-bərk yapışmağa davam edirdilər.

Ana səhifəAnalitikaAzərbaycanda hazırki vəziyyət SSRİ-nin son illəri ilə oxşardır