Azərbaycanda COVİD 19: Bir gündə 537 yoluxma

Daha 7 nəfər həyatını itirib

Source: Архив


Daha 7 nəfər həyatını itirib

İyulun 7-də Azərbaycanda 537 adam COVID-19 infeksiyasına yoluxub, 453 nəfər müalicə olunaraq evə buraxılıb, 7 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib ki, Azərbaycanda indiyə qədər 21 374 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onlardan 12 635 nəfər sağalıb, 265 pasiyent ölüb, hazırda 8 474 xəstə xüsusi rejimli xəstəxanalarda müalicə olunur.

Operativ qərargah bu gün 7 102, ötən müddətdə isə ümumilikdə 529 875 testin aparıldığını qeyd edib.

Ana səhifəXəbərlərAzərbaycanda COVİD 19: Bir gündə 537 yoluxma