Источник: Lenka Matouskova - investigace.cz

Azərbaycanda Çex silahları: Şassilər necə qaubitsalara çevrildi

Статья обновлена:  16 Октябрь 2019

İki il əvvəl, Azərbaycan ordusunun Çexiya istehsalı olan “Dana” adlı qaubitsalar (özü yeriyen artireliya qurğusu) və “Vampir” raket qurğuları haqqında yaydığı təqdimat videosu medianın diqqətini cəlb edib və Çexiya rəsmi olaraq Azərbaycana hərbi texnika ixrac etmədiyini iddia edib. Çexslovak Qrupunun silah şöbəsi dərhal sadəcə lisenziyası olan “Tatra” şassisini ixrac etdiyi barədə rəsmi açıqlama yayıb. Çexiya hökuməti bu qaubitsaların və raket qurğularının ixracında hər hansı bir iştirakının olması iddialarını rədd edib. Lakin “investigace.cz” saytının müxbirlərinin araşdırmalarından görünür ki, nazirlik əvvəldən şassilərin qaubitsa və raketlərə çevriləcəyi və onların Azərbaycana ixracı barədə məlumatlı olub. Bu məsələ ilə bağlı BMT, Aİ və ATƏT-in tövsiyələrini nəzərə almayıb. Sızdırılmış sənədlərdən görünür ki, döyüş maşınının şassisinə edilən son dəyişikliklər şassiləri Çex Respublikasından ixrac edən eyni holdinqin tərkibindəki bir şirkət tərəfindən Slovakiyada həyata keçirilib.

“Uyğun olmayan vəziyyət”

2017-ci ilin payızında Çexiyanın hərbi texnikaları ixrac etməsi ilə bağlı uzun mübahisələr yaranıb. KİV-lər Azərbaycana embarqo qoyulduğunu bildirib, bunun əksinə silah istehsalçıları isə beynəlxalq embarqonun tətbiq olunmadığını iddia edib. Bəs əsas məsələ nədir?

Belə ki, Dağlıq Qarabağ ərazisinə görə Ermənistanla müharibə şəraitində olduğu üçün 1992-ci ildə Azərbaycana Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və sonradan BMT tərəfindən embarqo qoyulub. 10 il sonra BMT embarqonu ləğv etsə də, lakin ATƏT embarqonu ləğv etməyib.

Bu mürəkkəb münaqişə bu günə qədər davam edir. Çexiya Respublikasının rəsmi xarici siyasəti bu əraziyə qaubitsa kimi silah avadanlıqlarının ixracına imkan vermir. Müdafiə podratçısı Çexoslovak Qrupu da bunu qəbul edir və rəsmi açıqlamaya görə o “nəinki BMT və ya AB-nin rəsmi silah embarqolarına, eyni zamanda qeyri-rəsmi olanlara da hörmət edir. Çünki embarqo qoyulmayan, lakin təhlükəsizlik səbəbi ilə hərbi texnikanın ixrac edilməsi üçün uyğun olmayan ölkələrə silah ixrac edilməsi Çexiya və müttəfiqlərinin xarici siyasətinə ziddir”.

Azərbaycan ordusunun təqdim etdiyi video çarxda 6 ədəd çex qaubitsasının nümayiş etdirilməsi “qeyri uyğundur”.

Video vasitəsilə Azərbaycan ordusunun Çexiya istehsalı olan “Dana” qaubitsalarına və “Vampir” raketlərinə malik olması təsdiqlənib. 2017-ci ilin payızında hərbi texnikanın ixracına lisenziyaların verilməsindən məsul olan Çexiya hakimiyyəti bu silahların çatdırılmasına icazə vermədiklərini söyləyib. “Hospodářské noviny” saytının yaydığı məlumata görə, bütün silah ticarəti bu günə qədər bu mövzuda hər hansı bir açıqlama verməyən daxili kəşfiyyat xidmətləri tərəfindən yoxlanılmalı idi.

Rəsmi bəyanatda deyilir ki, podratçının “Tatra” şassisini İsrailə ixrac etmək üçün icazəsi olub və orada əməkdaşlıq etdiyi yerli iş ortağı var. Çexiya hakimiyyəti, qaubitsaların Azərbaycana necə gedib çatması onlara aydın deyil.

Yenicə əldə edilmiş sənədlərə görə, Çex hökuməti xüsusi “Tatra” markalı artireliyaların yeniləncəyini və döyüş qaubitsaları, raket atıcıları kimi müasir silahların əldə olunacağını və onların sonradan Azərbaycana gətiriləcəyini əvvəldən bilirdi.

Satışda və əsaslı təmir prosesində Çexiya firması “Real Trade Praha” və Slovakiya şirkəti “MSM Martin” kimi keçmişdə qaubitsa və raketlərin Azərbaycana birbaşa ixracını uğursuz həyata keçirən şirkətlər də iştirak edib. Lakin Strnad ailəsinin müdafiə podratçısı Çexoslovak Qrupuna məxsus hər iki şirkət bu hərbi texnikanın tədarükündə hər hansı bir iştirakının olmasını rəsmi şəkildə rədd edir.

DEAM-1

DEAM-1

Источник: MN

Məhsulun Bakıya transfer edilməsi

Çexiya Respublikasında silahların ixrac edilməsi üçün verilən lisenziya hərbi texnikaların xarici ticarəti haqqında qanunlarla tənzimlənir. Çexiya Sənaye və Ticarət Nazirliyi ixrac lisenziyalarını Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirliklərinin əvvəlcədən verdiyi zəruri rəylərə əsasən verir. İlkin məlumata əsasən “Tatra” şassilərinin ixrac lisenziyası 13 fevral 2017-ci ildə Çexiya Sənaye və Ticarət Nazirliyi tərəfindən verilmiş və məhsulların əvvəldən axıra kimi tək istifadəçisi Azərbaycan Respublikası Müdafiə Nazirliyi olaraq göstərilmişdir.

Lisenziyaya əsasən, “Real Ticarət Praha” zirehli bölmə və “aksesuarlar” ilə təchiz olunmuş cəmi 815 ədəd “Tatra 54" markalı nəqliyyat vasitəsini 482 milyon çex kronuna satıb. Eyni zamanda tanklar və digər zirehli döyüş maşınları, onların motorları, o cümlədən silahlarla təchiz edilmiş hissələri və digər hissələri də lisenziyalaşdırılıb.

Avadanlıq birbaşa Çexiya Respublikasından Azərbaycanın paytaxtı Bakıya deyil, əvvəlcə İsraildə yerləşən “Elbit Systems Land” və “C4" şirkətinə göndərilib. Lakin bu şirkət lisenziyalaşdırma qərarında son istifadəçisi kimi göstərilmir. Bunun əksinə Azərbaycan Müdafiə Nazirliyi əvvəldən axıra kimi tək istifadəçi olaraq görünür. “Elbit” şirkəti sənədlərdə yalnız “malgöndərən” olaraq göstərilib.

Burada artıq ikinci maraqlı sual yaranır: İsrailin bu ticarətdə rolu nədir?

Cədvəl

Cədvəl

Источник: Lenka Matouskova - investigace.cz

İsraildə 12 saat

Anonim Bolqarıstan “Twitter” hesabından bir istifadəçi tərəfindən jurnalistlərlə paylaşılan və Azərbaycanın Bolqarıstandakı Səfirliyindən sızan sənədlər bizə qismən açıqlama verir.

Səfirlik əməkdaşları, Azərbaycanın dövlət şirkəti “Silk Way” Hava Yollarına, diplomatik pərdə altında, böyük miqdarda hərbi artileriyanı Avropa ölkələrindən, o cümlədən Çexiya və Slovakiyadan Yaxın Şərq və ya Afrikaya daşıması üçün icazə verib.

Bu uçuşların diplomatik pərdə altında həyata keçirilməsinin iki üstünlüyü var: birincisi, hərbi texnikanın faktiki daşınmasına icazə verilərək mülki təyyarələrlə daşınması qadağan edilib, ikincisi, daşınan malların gömrük xidməti kimi dövlət orqanları tərəfindən yoxlanmasının qarşısını alınıb.

“Investigace.cz” saytının müxbirləri həmçinin sızdırılmış sənədlərdən 2017-ci ilin may ayında “Silk Way” Hava Yolları təyyarəsinin iki dəfə Çexiyanın “Tatra” markalı artileriya vasitələrini daşındığını sübut edən məlumatlar əldə ediblər. 2017-ci ilin soyuq 10 may səhərində Brno şəhərində yerləşən Turany hava limanında “Ilyushin II-76" təyyarəsinə yüklər yerləşdirilib. Yüklərin içərisində həmçinin 30 ton ağırlığı olan, zirehli kabin və hissələrə malik iki Tatra artileriyası: VP31 və VPR9 30 artileriyaları da vardı. Belə ki, məlumata əsasən onlar Çexoslovak Qrupunun “Real Trade Praha” şirkəti tərəfindən təmin olunub.

Diplomatik pərdə altında yük daşıyan təyyarənin İsrailin Təl-Əviv şəhərinə yerli vaxtla saat 2-də enməsi planlaşdırılıb. Təyyarə orada çox qalmayıb. Belə ki, yerli “Elbit Systems” şirkəti artileriyanı öz fabrikinə daşıyıb və onları rabitə və idarəetmə sistemləri ilə təchiz etdikdən sonra 12 saat içərisində eyni “İlyushin” təyyarəsi səhərə yaxın saat 3-də yenidən Mərkəzi Avropaya uçub. Təyyarə 11 may tarixində səhər saat 7-də Bratislavaya enib. Oradan dəyişdirilmiş yük, çexiyalı ixracatçı “Real Trade Praha” şirkəti kimi, Çexoslovak Qrupunun tərkibində olan bir digər şirkət “MSM Martin”ə təhvil verilib.

Slovakiyada Vampir roketlərinin hazırlanması

Slovakiya İqtisadiyyat Nazirliyi tərəfindən 2016-cı ilin oktyabr ayında verilmiş Beynəlxalq İdxal Sertifikatına əsasən, MSM Martin şirkətinin növbəti 6 ay ərzində İsrailin “Elbit Sistemləri” şirkətindən cəmi 54 Tatra yük maşını idxal etməsi gözlənilirdi. Eyni sayda məhsul İsrailə digər törəmə şirkət olan “Real Trade Praha” tərəfindən ixrac olunub. Sertifikatlarda görünür ki, malların idxal edilməsinin məqsədi “satılan mallara şassilərin yığılması” idi.

Slovakiyanın ehtiyatında olan “Tatra” yük maşınları, yəni şassilər, zirehli kabinlər və İsrail tərəfindən təchiz edilmiş rabitə və idarəetmə sistemləri funksional “Dana M-1" qaubitsaları və RM-70 Vampir raketlərinə çevrilib.

Bu məlumat Jan Kuciak Tədqiqat Mərkəzinin müxbirlərinə Slovakiya İqtisadiyyat Nazirliyi tərəfindən verilib və məlumat azadlığı qanunlarına əsaslanaraq idxal sertifikatı və sonrakı ixracat lisenziyası jurnalistlərə ötürülüb.

“Tatra şassilərində öz-özünə işləyən qaubitsalar (36 ədəd) və raket atıcılarının (18 ədəd) İsrailə ixracı üçün lisenziya Slovak şirkətinə (MSM Martin) verilib. İsrailin Müdafiə Nazirliyi bu malların İsrailə çatdırılmasını rəsmi olaraq təsdiqləyib.

Əsaslı təmir edilmiş və müasirləşdirilmiş döyüş maşınları Trençin mərkəzli müdafiə podratçısı MSM Martin şirkətində uzun müddət qalmayıb. Onlar yenidən İsrailə, oradan da son istifadəçi Azərbaycana göndərilib.

Şassilərin qaubitsa və raket atıcılarına çevrilməsində: Çexiyanın Brno şəhərindən İsrailin Təl-Əviv şəhərinə, oradan Slovakiyanın Bratislava şəhərinə, yenidən İsrailin Təl-Əviv şəhərinə və oradan da Azərbaycanın paytaxtı Bakıya uzanan mürəkkəb bir hava yolu marşurutundan istifadə olunub. Tələb olunan logistika və nəqliyyat vasitələrinin əsaslı təmiri Sternberkdəki Çexiya silah fabrikini və Trençindəki Slovakiya silah fabrikini də işə cəlb edib. Qeyd edək ki, hər ikisi də Çexoslovak Qrupuna aid şirkətlərdir.

Azərbaycan təyyarəsi Brnoda

Azərbaycan təyyarəsi Brnoda

Источник: Google

Tapmacanın yarımçıq hissəsi

Çexiya və Slovakiyadan Azərbaycana uzanan siyasi mübahisəli, maddi-texniki baxımdan mürəkkəb və ictimaiyyətə açıqlanmayan hərbi texnikanın ixracını xəritələşdirməyə kömək edəcək sübutların çatışmaması sual altında qalan məsələlərdəndir.

Yenicə əldə edilmiş bu sənədlərdən əldə edilən məlumat 2018-ci ilin aprel ayında Çexiyanın araşdırmalara həsr olunan “Reportéři ČT” adlı televiziya şousu üçün “MSM Martin” şirkətinin anonim bir əməkdaşı tərəfindən verilib. Əməkdaşın bildirdiyinə görə “Bütün proses köhnə “Dana” qaubitsalarının birbaşa şirkətdə sökülməsi üçün gətirilməsindən başlayır. Birincisi qülləsi çıxarılır və son boltuna qədər sökülür, daha sonra şassilər yenidən yığılması üçün Çexiyanın Sternberkdəki “Tatra” fabrikinə göndərilir”.

“Bu məxfi mənbə “Trençín” silah firması “MSM Martin” şirkətinə məxsusdur” deyərək sözünə davam edən əməkdaş bütün hissələrin yenidən yığılmasının 2-3 həftə çəkdiyini dedi: “Sonra onlar yenidən Slovakiyaya göndərilir. Bu zaman qüllənin mexanikası işlədilir və hər şey yenidən birləşdirilir, ardınca atış testi aparılır. Məhsul İsrailin “Elbit” şirkətindən gəlir. Onların naviqasiya sistemləri, kamera sistemləri və rabitə sistemləri mövcuddur, belə ki, “Dana” holdinqinin tərkibində olan şirkətlər bir-biri ilə əlaqə yarada bilir”.

Başqa sözlə, İsrail bir tərəfdən Çexoslovak Qrupundan olan Çex və Slovakiya firmaları, digər tərəfdən Azərbaycan Müdafiə Nazirliyi arasındakı qaubitsa və raket ticarətində yalnız vasitəçi olub.

“Tatra” markalı vasitələrin Slovakiyada “yenidən qurulması“na icazə verilməsi ilə bağlı məlumat Çexiya Sənaye və Ticarət Nazirliyi tərəfindən verilən ixrac lisenziyasında ətraflı təsvir edilmişdir. Öhdəliyə əsasən “sahibkar məhdudlaşdırılmış artilleriyanın digər hissələrini, RM-70 və ShKH hissələrini düzəltmək məcburiyyətindədir.

Xəritə

Xəritə

Источник: Lenka Matouskova - investigace.cz

Bizi Azərbaycanla əlaqələndirməyin

investigace.cz saytının reportyorlarında “Real Trade Praha” şirkətinin 21 mart 2017-ci il tarixində “Elbit” şirkətinə verdiyi faktura var. İsrail beş Tatra markalı nəqliyyat vasitəsi üçün 1.660.000 dollar ödəməli idi. Sənədlərə eyni zamanda 20 Mart 2017-ci il tarixli İsrail İdxal Sertifikatı daxildir və burada 5 ədəd Tatra markalı artileriyanın sonda Azərbaycan ordusuna göndərilməli olduğu açıq şəkildə göstərilir.

Bununla birlikdə onlar paytaxt Bakını qaubitsa və raketlərlə təmin etmədiklərini iddia ediblər.

“Nə MSM Qrupu, nə də onun törəmə şirkətləri heç vaxt bu cür sistemləri Azərbaycana gətirməyiblər. Eyni zamanda, şirkətimizin bu ölkəyə silah ixrac etməsi ilə ilə əlaqələndirən hər hansı bir iddianı rədd edirik” deyə keçən il Strnadın Çexoslovak Qrupuna məxsus “Slovak” şirkətinin marketinq direktoru Lusiyaa Olle bildirib.

“Çexiya Respublikasında və ya Slovakiyada olan Çexoslovak Qrupunun heç bir şirkəti soruşduğunuz hərbi texnikanı və ya hər hansı bir oxşar komponenti Azərbaycana göndərməyib” deyə şirkətin sözçüsü Andrey Çírtek əlavə edib.

“İnvestigace.cz” saytının xüsusi suallarını cavablandırmaq əvəzinə Çírtek bu ilin sentyabr ayında iddiaları yenidən inkar edib və sadəcə “müdafiə sənayesində fəaliyyət göstərən hər hansı bir firma kimi Çexoslovak Qrupu da lisenziyalaşdırma prosedurları barədə heç bir məlumat vermir” bildirib.

Müəlliflər: Yakub Simak (investigace.cz) with contributions from Mate Qasparoviç (Can Kuçiak Araşdırma Mərkəzi)

Qrafika: Lenka Matouskova

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  16 Октябрь 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/fx8q3g

Самое читаемое