Azərbaycanda bir gündə koronavirus: 58 yoluxma, 102 sağalma

“Bugünkü test sayı isə 5496-dır”.

Source: Meydan TV


2 xəstənin öldüyü bildirilir

"Sentyabrın 29-da Azərbaycanda 58 adam COVİD-19 infeksiyasına yoluxub, 102 nəfər sağalıb, 2 xəstə ölüb".

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 40 min 119 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 37 min 827 nəfər müalicə olunaraq sağalıb, 590 pasient ölüb. Hazırda aktiv xəstə sayı 1702 nəfərdir”.

O cümlədən, ötən müddətdə 1 milyon 110 min 279 testin aparıldığını xatırladıb: “Bugünkü test sayı isə 5496-dır”.

Ana səhifəSosialAzərbaycanda bir gündə koronavirus: 58 yoluxma, 102 sağalma