“Hərəkət” seçki bloku

Источник: Meydan TV

Başlıq: “Hərəkət” seçki bloku

"Azərbaycanda belə bir şey olmayıb"

"Hərəkət" seçki bloku - "Azərbaycanda belə bir şey olmayıb"

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da baş tutacaq. Yeni parlament 2020-ci ilin noyabr ayında seçilməli idi, amma İlham Əliyev hesab etdi ki, seçkilər məhz indi keçirilməlidir. Ötən ilin dekabrında, o, beşinci çağırışda parlamentin buraxılması haqda sərəncam imzaladı.

Seçkiləri tələsdirməyin səbəbi məlum deyil, çünki hakim Yeni Azərbaycan Partiyası parlamentdə çoxluğa malik idi və bütün qəbul edilən qərarlara nəzarət edə bilirdi. Bununla belə, məhz hakim partiya parlamentin buraxılması təşəbbüsünü irəli sürdü. Açıqlanan səbəblərin arasında “islahatların cooğrafiyasının genişləndirilməsi” və “gənclərə yol vermək” də varıydı. Ölkə prezidenti bu təşəbbüsü dəstəklədi və bildirdi ki, həqiqətən də “əhaliyə etibar etdiyi adamları seçmək imkanı vermək lazımdır”.

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına 20 partiya müraciət etdi. Onların arasında bir neçə müxalif partiya və hərəkatları birləşdirən Demokratik Qüvvələrin Milli Şurası yoxdur. Şura Azərbaycanda demokratik seçkilərin keçirildiyinə inamı olmadığına görə seçkiləri boykot etmək qərarını verdi. Gənc fəallar isə parlamenti yeniləmək imkanından istifadə etmək qərarına gələrək, yeni birləşmiş müxalifət yaratdılar.

“Bu, yeni formatdır” - NİDA Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Ülvi Həsənli

Yeni “Hərəkət” seçki bloku gənc fəallar tərəfindən məhz qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün yaradılıb. Yeni müxalifət özündə müxtəlif siyasi hərəkatların nümayəndələrini, sağçılar, solçular, feministlər, keçmiş siyasi məhbuslar, hüquqşünasları – parlamentdə yer üçün mübarizə aparmağa hazır olan gənc fəalları birləşdirir.

«Qərara gəldik ki, müstəqil gənc siyasətçilər olaraq bu seçkidə bir blok şəklində iştirak edək”, - blokun üzvlərindən biri, deputatlığa namizəd, NİDA Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Ülvi Həsənli Meydan TV-yə danışır. - “Azərbaycanda belə bir blok formatı olmayıb. İndiyə qədər ancaq siyasi bloklar, siyasi partiyaların birliyi olub. Və bu, yeni nümunədir”.

Həqiqətən də başqa siyasi birliklərdən fərqli olaraq, blokun üzvləri heç bir siyasi partiyaya üzv deyil, müxtəlif, bəzən bir-birinə diametral zidd olan baxışlara, ideologiya və mövqelərə malikdirlər.

«Hərəkət” elə bir blokdur ki, bizim hərəmizin müstəqil platformamız var, tamamilə müstəqil, mən özüm sol hərəkatdan gedirəm. “Hərəkət” blokunda isə sağçılar da var, ümumiyyətlə başqa ideoloji düşüncələri olan insanlar var», - blokun daha bir namizədi, iqtisadçı Toğrul Vəliyev deyir.

Elgiz Qəhrəman, Ülvi Həsənli və Rəbiyyə Məmmədova

Elgiz Qəhrəman, Ülvi Həsənli və Rəbiyyə Məmmədova

Источник: Meydan.TV

“Qadınlar bu mübarizədə öndə gedir” - Namizəd Rəbiyyə Məmmədova

«Hərəkət» blokundan deputatlığa namizədlərdən biri 32 yaşlı Rəbiyyə Məmmədovadır. O, ehtiyatda olan hərbi qulluqçu, idmançı, thekvondo üzrə Azərbaycan və Avrasiya çempionu, feminist hərəkatının üzvü, Bakıda 20 noyabr 2019-cu il tarixində keçirilən “Qadınlara qarşı zorakılığa yox deyək!” aksiyasının təşkilatçılarından biridir. Parlamentdə də Rəbiyyə qadınların hüquqları uğrunda mübarizə aparmaq niyyətindədir:

«Mən çox kiçik yaşlarımdan mübarizəyə başlamışam, əvvəlcə öz hüquqlarım üçün ailəmlə mübarizə aparmışam, indi artıq öz hüquqlarımı ölkədən tələb edirəm. Düşünürəm ki, əgər mən, xüsusən də, qadınları öndə olmağa səsləyirəmsə, özüm nümunə olmalıyam, öndə olmalıyam, mübarizə aparmalıyam. Bu mübarizəmlə də sübut etməliyəm ki, qadınlar da var bu mübarizədə və bütün bu haqsızlıqlara, ədalətsizliyə, qısnamalara baxmayaraq öndə gedirlər».

Bu yaxınlarda, ötən ilin dekabrında Rəbiyyə bələdiyyə seçkilərində iştirak edib, amma məğlub olub, bununla belə, ruhdan düşməyib. “Hərəkət”ə qoşulmaq təklifini də böyük həvəslə qarşılayıb.

«Ən azından Milli Məclisə fəaliyyət gətirmək istəyirik. Düşünürəm ki, gənclər Milli Məclisi daha işləyən bir quruma çevirəcəklər», - Rəbiyyə deyir.

«Yeni nəfəs»

Gələcək parlamenti gənc nəslin təmsil etməli olduğunu “Hərəkət”in bütün üzvləri deyir.

«Cəmiyyətə yeni nəfəs gətirmək istəyirik», - Meydan TV ilə söhbətində bloger Mehman Hüseynov deyir.

Mehman blok üzvləri arasında namizədliyi MSK-da təsdiq olunan yeganə keçmiş siyasi məhbusdur. İlkin Rüstəmzadə və Elgiz Qəhrəmanlı isə keçə bilməyib.

Blokun üzvləri bildirir ki, əhali artıq ildən ilə seçilən eyni deputatlardan bezib, deputatlar dəyişmədiyi kimi, insanların problemləri də həll olunmamış qalır.

«İnsanlar çox hallarda deyirdilər ki, qocalara səs verməyək, qocalar bizi bezdirib, cavanlara səs verək», - MSK-da qeydiyyatdan keçmək üçün könüllülərlə birlikdə imza toplayan Toğrul Vəliyev deyir.

“"Parlament" deyirsən, başa düşmürlər, “Milli Məclis” deyirsən, yenə də başa düşmürlər” - Elgiz Qəhrəmanlı

«Hərəkət» bloku üzvlərinin fərqli baxışları, ideologiyaları və prioritetləri, hərəsinin öz müstəqil platforması olsa da, bu, onlara öz resurslarını bölüşməyə, bir-biri üçün imza toplamağa, könüllülərini “bölüşməyə” və hətta həmkarlarının seçicilərlə görüşlərində iştirak etmələrinə mane olmur. Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməyən “Hərəkət” üzvləri namizədliyi təsdiq olunanların seçkiqabağa kampaniyalarını keçirməyə kömək edirlər.

Gənc siyasətçilərin qarşılarına qoyduqları ümumi məqsəd əhalinin seçkilərə marağını qaytarmaqdır.

«Cəmiyyətimiz həddən artıq apolitikdir. Seçkilərdən məlumatsız insanlar var”, - Elgiz Qəhrəmanlı danışır: - “İmzatoplama zamanı deyirsən, məsələn, “millət vəkili seçkiləri”, bilmirlər, “parlament” deyirsən, bilmirlər, “deputat” deyəndən sonra başa düşürlər ki, nə seçkiləridir. Bəziləri ümumiyyətlə seçkilərin nə olduğunu bilmirlər. Məsələn, bir xanım qapını açdı, dedim ki, parlament seçkiləri üçün gəlmişik, dedi ki, mən İlham Əliyevdən başqasına səs verə bilmərəm. Deyirəm ki, xanım, bəs bu, parlament seçkiləridir, deputat seçilir, deyir, yox, ancaq İlham Əliyevə səs verəcəm, ondan başqa da heç kimə, belə hadisələr də baş verirdi”.

Seçkilərdən xəbəri olanların çoxu isə ölkədə ədalətli və şəffaf seçkilərin keçiriləcəyinə inanmadıqlarını deyirlər. Bunu Toğrul Vəliyev də təsdiq edir:

“Düzdür, insanların seçkilərə biganəliyi var. Bütün insanlar deyir ki, seçkilər həll olunub artıq, iştirak mənasızdır, gəncsiz, nəyə görə gedirsiz, onsuz da qalib bəllidir və s. Amma bununla belə, insanların problemləri çoxdur və biz insanlara izah edirdik ki, sizin problemlərinizin həlli seçkilərdən keçir”.

Gənc müxalifətçilər öz örnəkləri ilə göstərmək istəyirlər ki, Azərbaycanda gənc nəsil siyasətə gəlir.

“Azərbaycanda çox ciddi ümidsizlik var, insanların ölkənin gələcəyi ilə bağlı heç bir ümidi yoxdur”, - Ülvi Həsənli deyir: - “Biz həm də bu insanlara ümid vermək üçün bu prosesə qoşulduq. Yəni fikirləşməyin ki, ölkədə hər şey bitib. Amma elə deyil, burada kifayət qədər nümunə göstərmiş insanlar var. Həbsə salınmış, həbsdən çıxmış, sonra yolunu davam eləmiş, məşhur, öz şəxsi nümunələri olan xeyli sayda gənc var. Biz həm də həmin insanlara ümid vermək istəyirik, kampaniya dövrünə də ona çalışacağıq. Fikirləşməyin ki, Azərbaycan tam batıb, elə deyil, mübariz insanlar var və biz bu ölkəni dəyişdirəcəyik”.

«Mediaşəbəkə»nin dəstəyi ilə

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/8sfltm

Самое читаемое