Azərbaycanda 559 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Operativ qərargah bu gün 8312, ötən müddətdə 592 min 778 testin aparıldığını bildirib.

Source: Архив


545 nəfər sağalıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iyulun 15-də Azərbaycanda 559 adam COVİD-19 infeksiyasına yoluxub.

Eyni zamanda bildirilib ki, 545 nəfər müalicə olunaraq evə buraxılıb, 7 xəstə isə ölüb.

Qeyd olunub ki, Azərbaycanda indiyə qədər 25 min 672 nəfər COVİD-19 infeksiyasına yoluxub. Onlardan 16 min 695 nəfər müalicə olunaraq sağalıb, 326 pasient isə ölüb. Hazırda 8651 xəstə müalicəsini davam etdirir.

Operativ qərargah bu gün 8312, ötən müddətdə 592 min 778 testin aparıldığını bildirib.

Ana səhifəSosialAzərbaycanda 559 yeni koronavirusa yoluxma faktı qeydə alınıb