Azərbaycanda 2 112 nəfər COVİD-19 infeksiyasına yoluxub

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 568, ötən müddətdə isə 5 081 920 testin aparıldığı göstərilib.

Source: Meydan TV


"18 xəstə vəfat edib"

Oktyabrın 22-də Azərbaycanda 2 112 nəfər COVID-19 infeksiyasına yoluxub, 882 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 18 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 511 974 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 482 578 nəfər müalicə olunaraq sağalıb, 6 847 pasiyent ölüb. Aktiv xəstə sayı 22549 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 568, ötən müddətdə isə 5 081 920 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda 2 112 nəfər COVİD-19 infeksiyasına yoluxub