Azərbaycanda 140 nəfərdə infeksiya aşkarlanıb

Operativ qərargah ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 270.739 testin aparıldığını qeyd edib.

Source: Архив


Daha 101 şəxs evə buraxılıb

Mayın 24-də Azərbaycanda 140 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb, 101 nəfər müalicə olunaraq evə buraxılıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ Qərargah Azərbaycanda hazırda 4122 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 2607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Operativ qərargah ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 270.739 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialAzərbaycanda 140 nəfərdə infeksiya aşkarlanıb